CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 2025-ci ilədək yeni peşə məktəbləri tikiləcək

© Sputnik / Zulfiyya GuluyevaSənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil Nazirliyi: Peşə təhsili sahəsində görülən tədbirlər bu sektorun yeni imicinin formalaşdırılmasına imkan verəcək.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 iyul - Sputnik. 2025-ci ilədək Azərbaycanda işəgötürənlərlə geniş əməkdaşlıq çərçivəsində müasir standartlara cavab verən yeni peşə təhsili müəssisələri tikiləcək və mövcud peşə təhsili müəssisələrinin maddi-texniki bazası tam təkmilləşdiriləcək.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb. Sənədə görə, bu dövrdə Azərbaycanda “Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiqi və mərhələlərlə tətbiq edilməsi nəzərdə tutulur. Belə ki, peşə təhsili müəssisələrinin məzunlarının uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsilini davam etdirmələri üçün güzəştlər tətbiq ediləcək, yüksək nəticələr göstərən peşə təhsili məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanlarından keçmədən birbaşa qəbul edilmələri üzrə müvafiq mexanizm hazırlanacaqr. Pilot olaraq bir neçə ixtisas üzrə informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması həyata keçiriləcək.

Женщина за компьютером - Sputnik Azərbaycan
Təhsil Nazirliyi növbəti elektron xidmətə start verdi

 Əməyin təhlükəsizliyinə riayət olunmasına yüksək zərurət olan, xüsusi səriştə tələb edən bir neçə ixtisas üzrə işə qəbul zamanı icbari şəkildə peşə təhsili sənədinin tələb edilməsi nəzərdən keçiriləcək.

İqtisadiyyatın müxtəlif sektorlarından olan əsas işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulması nəticəsində peşə təhsili müəssisələrinin keyfiyyət və kəmiyyət göstəriciləri əsaslı surətdə yaxşılaşacaq. İşəgötürənlərin peşə təhsili sisteminə tam inteqrasiyası peşə təhsili müəssisələrinə müxtəlif sektorlar üzrə real təcrübədən faydalanmağa, həmçinin daha çox maliyyə resursları cəlb etməyə imkan verəcəkdir. İşəgötürənlər isə peşə təhsili üzrə kadr hazırlığının öz ehtiyaclarına uyğunlaşdırılmasına nail olacaqlar.

Həmçinin 2025-ci ilədək bütün peşə təhsili və təlimi müəssisələrində tədris prosesinin iqtisadi sektorların tələblərinə uyğun hazırlanmış təhsil proqramları əsasında qurulması və bu təhsil proqramlarının işəgötürənlərin rəyləri əsasında daim yenilənməsi peşə təhsili sisteminin dinamik dəyişən əmək bazarının tələblərinə çevik reaksiyasına imkan verəcək, əmək bazarını rəqabətqabiliyyətli və keyfiyyətli kadrlarla təmin edəcək. İşəgötürənlərlə sistemli əməkdaşlıqların qurulması dövlət büdcəsindən minimum vəsaitlər cəlb etməklə peşə təhsili müəssisələrində avadanlıqların yenilənməsinə və müasirləşdirilməsinə imkan verəcək.

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni təhsil islahatları – mütəxəssis olmaq üçün bəzilərinə kollec diplomu bəs etməyəcək

 Usta yanında şagirdlik və işləyərək öyrənmə tədris prosesinin əsas komponentinə çevriləcək. Dərs vəsaitləri yeni təhsil proqramına uyğun hazırlanacaq və yeni texnologiyaların tətbiqini əks etdirəcək. Azərbaycanın peşə təhsili müəssisələri onlayn təhsil infrastrukturuna tam inteqrasiya olunacaq. Tələbələr tədris materiallarına çıxış əldə edəcək, onlayn seminarlarda iştirak etmək və elektron laboratoriyalarda müxtəlif istehsal metodologiyaları üzrə eksperiment aparmaq imkanı qazanacaqlar. Peşə təhsili müəssisələri mobil tətbiqetmə və digər proqram təminatı növləri ilə təchiz ediləcək.

İşəgötürənlər bu sistemlərə inteqrasiya ediləcək və tələbələr çoxsaylı alternativlər arasından onlar üçün ən münasib iş təkliflərini rahatlıqla axtara biləcəklər. 2025-ci ilədək olan dövr üçün strateji baxış, eyni zamanda, sahibkarlıq və maliyyə savadlılığı, eləcə də texnoloji inkişaf məsələlərinin peşə təhsilində ön plana çəkilməsini ehtiva edir. Bu, tələbələrin biznes qurmaq üçün ilkin maliyyə bilik və bacarıqlarına malik olmalarına imkan verəcək.

Formal təhsil prosesində tələbələrdə sahibkar düşüncə tərzini inkişaf etdirməklə yanaşı, peşə təhsili müəssisələri həm də şəxsi inkişafyönümlü qeyri-formal təhsil kursları təşkil edəcəkdir. Bununla, uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatına müsbət töhfə verəcək innovasiya və sahibkar düşüncə tərzi inkişaf etdiriləcək.

2025-ci ilədək peşə təhsili sahəsində görülən tədbirlər bu sektorun yeni imicinin formalaşdırılmasına imkan verəcək. Belə ki, peşə təhsilinin infrastrukturunun və məzmununun yenilənməsi nəticəsində peşə təhsili müəssisələri ilə bağlı mənfi təsəvvürlərin aradan qalxması onların layiqli karyera imkanlarını təmin edən etibarlı təhsil müəssisələri kimi tanınmasını təmin edəcək.

Ümumtəhsil məktəblərinin şagirdləri peşə təhsili müəssisələrinin təhsil imkanları barədə daha çox məlumatlı olacaq, təhsil və ixtisas istiqaməti ilə bağlı seçim etməzdən öncə həmin müəssisələrlə əlaqə saxlamaq imkanına malik olacaqlar. Bundan əlavə, peşə təhsili müəssisələrində təmin olunan xüsusi karyera məsləhət xidmətləri tələbələrin öz bacarıqlarını işəgötürənlərin tələblərinə uyğunlaşdırmasına imkan verəcəkdir.

Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsil naziri: "Prosesin vacib mərhələsindəyik"

Azərbaycanın peşə təhsili müəssisələri ilə beynəlxalq tərəfdaşlar arasında qurulan əməkdaşlıqlar təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edəcək. 2025-ci ilədək olan dövrdə peşə təhsili müəssisələrinə qəbul səviyyəsi yüksələcək. İşəgötürənlərlə peşə təhsili müəssisələri arasında tərəfdaşlığın nəticəsi kimi, hər il müəyyən sayda tələbə tərəfdaş müəssisədə işlə təmin ediləcək və bu da, öz növbəsində, həmin təhsil müəssisələrinə tələbə qəbulunu stimullaşdıracaq.

Bundan əlavə, peşə təhsili müəssisələrinin məzunları haqqında təkmil məlumat bazası yaradılacaq. Azərbaycanda peşə təhsili müəssisələrinə differensial maliyyələşdirmə mexanizminin tətbiq edilməsi yüksək icra göstəricilərinə malik peşə təhsili müəssisələrinin maddi-texniki bazasının müasir standartlara tam uyğunlaşdırılmasına imkan verəcək. Bununla yanaşı, 2025-ci ilədək peşə təhsili üzrə dövlət maraqlarını dəstəkləyən siyasət və qaydalar çərçivəsi hazırlanacaq və burada özəl tərəfdaşların daha çox iştirakı stimullaşdırılacaq.

2025-ci ilədək nəzərdə tutulan tədbirlərin dayanıqlılığını təmin etmək üçün peşə təhsili müəssisələrinin fəaliyyətinə nəzarət mexanizmi təkmilləşdiriləcəkdir. Hər bir peşə sahəsi üzrə məzunların biliklərinin, o cümlədən, texniki bacarıqlarının yoxlanılması üçün mərkəzləşdirilmiş qaydada imtahanların keçirilməsi məzunların eyni standartlar əsasında obyektiv qaydada qiymətləndirilməsinə imkan verə bilər. Bu imtahanın nəticələrinin işəgötürənlər tərəfindən məzunların əmək bacarıqlarının göstəricisi kimi qəbul edilməsi onların məşğulluq imkanlarını artıra bilər. Sadalanan işlərin əhəmiyyətli hissəsi artıq uğurla həyata keçirilib.

P.s. Bu bloq yazısı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0