CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni təhsil islahatları – mütəxəssis olmaq üçün bəzilərinə kollec diplomu bəs etməyəcək

© AFP 2024 / STEPHANE DE SAKUTINСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kolleclər üzrə kadr hazırlanacaq ixtisasların sayı 159-dan 141-ə enib, bir çox ixtisasların qrupu, bəzilərinin adı dəyişdirilib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Aprel ayının 17-də Nazirlər Kabineti orta ixtisas təhsili (kolleclər) üzrə ixtisasların yeni təsnifatını təsdiq etdi. Yenilənmiş ixtisaslar üzrə qəbul 2021/22-ci tədris ilindən başlayacaq.

Təhsil nazirinin müşaviri Elnur Məmmədov qeyd edib ki, kollec ixtisaslarının əvvəlki təsnifatı 2010-cu ildə təsdiq edilib və həmin təsnifat üzrə artıq 10 ildir ki, kadr hazırlığı aparılıb.

"Yeni təsnifatda olan 141 ixtisas müasir əmək bazarının tələbləri, işəgötürənlərin təklifləri və rəyləri, ölkəmizdə orta ixtisaslı müasir kadrlara olan ehtiyaclar və beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib. Yeni təsnifatda bir sira ixtisaslar birləşdirilib, bəzi yeni ixtisaslar əlavə olunub və uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb.

Врач в медицинской маске, фото из архива - Sputnik Azərbaycan
Pandemiya zamanı bəzi peşələrə tələbat artıb

Misal kimi, beynəlxalq təcrübə nəzərə alınaraq təhsil ixtisaslarına inklüziv təhsil ixtisası əlavə olunub, bəzi müəllimlik ixtisasları çıxarılıb (ali təhsil pilləsində hazırlıq aparılacaq), kənd təsərrüfatı ixtisaslarına aqroturizm, hidromeliorasiya və torpaq mühafizəsi, su bioehtiyatları və akvakultura əlavə olunub, texniki və texnololji ixtisaslar əhəmiyyətli şəkildə yenilənib (kompüter sistemləri, telekommunikasiya şəbəkələri və sair)", - deyə Məmmədov əlavə edib.

Onun sözlərinə görə, yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq.

Bu proqramlar kollec səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına xidmət edəcək. Bundan əlavə, tam orta təhsil bazasından gələn məktəb məzunları kollecdə bütün ixtisaslar üzrə (tibb ixtisaslarından başqa) artıq 2 il təhsil alacaqlar ki, bu da onların daha qısa müddətdə əmək bazarına çıxışını təmin edəcək.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyib ki, əvvəl təhsil ixtisasları qrupunda 11 peşə üzrə ixtisas var idisə, indi onların sayı 5-ə enib. Daha kolleclər texnologiya müəllimliyi, peşə təlimi, musiqi müəllimliyi, informatika müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsildə korreksiyaedici təlim ixtisasları üzrə kadr hazırlamayacaq. Əvəzində buraya inklüziv təhsil ixtisası əlavə olunub: "Əvvəl humanitar və sosial ixtisaslar qrupunda 3 ixtisas var idisə, yeni dəyişiklikdə onların sayı artaraq 4 olub və yeni adla verilib. Bu istiqamətdə kolleclərdə olacaq yeni ixtisaslar Dini-mənəvi xidmət, Kitab nəşri işi, Kitabxana işi və Kargüzarlıq və Arxiv işi ixtisaslarının adında redaktə edilərək yeni formatda verilib.

"Buna qədər mədəniyyət və incəsənət ixtisasları qrupunda 19 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, yeni siyahıda 18 ixtisas yer alıb və aktyor sənəti, bərpaçı, populyar musiqi və caz ifaçılığı, kinooperator sənəti, mədəni-kütləvi tədbirlərin təşkilatçısı kimi yeni ixtisas sahələri əlavə olunub, xanəndəlik ixtisası çıxarılıb, digər ixtisasların adında dəyişiklik olub", - deyə ekspert vurğulayıb.

O qeyd edib ki, iqtisadiyyat və idarəetmə ixtisasları qrupunda ixtisasların sayı 13-dən 10-a endirilib, gömrük işi, turizmin iqtisadiyyatı, menecment kimi ixtisaslar çıxarılıb, digər ixtisasların adında redaktə olunub.

Texniki və texnoloji ixtisaslar qrupunda ixtisasların sayı 81-dən 74-ə endirilib. Kənd təsərrüfatı ixtisasları qrupunda əvvəl 8 ixtisas üzrə kadr hazırlığı həyata keçirilirdisə, indi bu say 13-ə qədər qaldırılıb. Aqroturizm, Hidromeliorasiya və torpaq mühafizəsi, İpəkçilik, İstixana təsərrüfatı, Pambıqçılıq, Su bioehtiyatları və Akvakultura kimi yeni ixtisaslar yaranıb, digər ixtisasların adında redaktə xarakterli dəyişikliklər edilib.

"Səhiyyə, rifah və xidmət ixtisasları qrupunda əvvəl 24 ixtisas üzrə kadr hazırlığı həyata keçirilirdisə, indi bu say 17-yə qədər azaldılıb. Müalicə masajı, Mühafizə xidməti kimi yeni ixtisaslar yaradılıb, Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması kimi ixtisaslar bu təsnifatdan çıxarılıb", - deyən K.Əsədov bildirib ki, ümumilikdə orta ixtisas təhsili müəssisələri – kolleclər üzrə kadr hazırlanacaq ixtisasların sayı 159-dan 141-ə enib, bir çox ixtisasların qrupu, bəzilərinin adı dəyişdirilib.

Xəbər lenti
0