CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təbiətin insanla qorxulu oyunu – Pandemiya dövründə laqeyd dönəm

© Sputnik / Murad OrujovДевушки на одной из улиц в Баку
Девушки на одной из улиц в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nə qədər çətin olsa da, qəbul etməsək də, qaydalar və hazırkı qadağalarla yaşamaq başqalarının həyatını riskə atmaqdan yaxşıdır

BAKI, 6 may — Sputnik. Koronavirus pandemiyası özü ilə bərabər qadağalar gətirdi. İş yerləri həyati təhlükə səbəbi ilə bağlandı, karantin elan edildi, evlərə qapandıq.

 Təcili yardım briqadası - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı

Tətbiq edilən qadağalar istehsalda fasilə yaranmasına səbəb oldu, dünyada istehsal azalmağa başladı. Qlobal iqtisadiyyat yüz milyardlarla ziyandadır.

Pandemiyanın zərərləri Azərbaycan iqtisadiyyatından da yan keçməyib. İqtisadiyyat nazirinin açıqlamasına görə gündəlik 120-150 milyon manatlıq itkilərimiz var.

Vəziyyətin ciddiliyini hələ də anlamayanlar, hələ də pandemiyanın bir oyun olduğunu düşünənlər var.

Bəli, bəli pandemiya oyundur – təbiətin insan övladı ilə oynadığı ən qorxulu oyunlardan biridir. Təbiət bizimlə öz qaydaları ilə oynayacaq və gec-tez oyun bitəcək.

Milyonlarla insan koronavirusa yoluxub, yüz minlərlə insan ölüb, dünyanın mənzərəsi, düzəni dəyişib, amma tində maskasının üstündə oturub tum çırtlayanlar, “iki universitet bitirmiş” taksi sürücüsü israrla həmkarını inandırmağa çalışır ki, bütün baş verənlər “massonların oyunu”dur, dolayısıyla boş şeydir.

Açığı artıq bu söz-söhbət, dedi-qodu canımı boğazıma yığıb. Bu barədə eşitməkdən, bu səpkili müzakirələrdən yorulmuşam.

Tezliklə bu bəlanın bitməsini bütün qəlbimlə arzulayıram.

***

Bu barədə yazmaq, bu mövzuya qayıtmaq da istəməzdim, amma hiss edirəm ki zərurət var.

Karantin qaydaları yumşaldılsa da, davam edir. Yoluxma da, ölüm halları da var. Xüsusilə hal-hazırda yaşadığım(ız) Bakı şəhərində karantin davam edir.

Açığı mən gözləyirdim ki, sərbəst şəkildə küçəyə çıxmağa icazəsi olan insanlar, həm özlərinin, həm də digər insanların sağlamlığını nəzərə alıb, daha diqqətli davranacaqlar, amma gördüyüm mənzərə tamam fərqlidir.

İnsanlar küçədə qələbə paradına çıxmış qalib ordunun əsgərləri kimi qürurla, rahat, əminliklə addımlayır.

Стетоскоп, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
TƏBİB koronavirusdan sağalan xəstələrə müraciət etdi

Bu bir tərəfdən yaxşıdır – insanlar psixoloji olaraq özünü toparlayıb həyatlarına davam edir, yeni vəziyyətə adaptasiya olunurlar. Digər tərəfdən narahat vəziyyətdir, laqeydlik və biveclik hiss olunur.

İnsanlarımız pandemiyanın elan edildiyi ilk günlərdə təşviş keçirdikləri halda, indi tamamilə laqeyddirlər. Halbuki, yoluxmalar yenidən artır, ölüm halları hələ də baş verir. İnsanlar tövsiyələrə əməl etmir, sosial məsafə saxlamır, heç nə olmamış kimi davranır.

Əgər yenidən qaydalar sərtləşdirilsə, dövlət yenidən tədbirlər görsə, yenidən evə qapadılsaq, günahkar özümüzük.

Çünki biz məsuliyyətisizliyimizlə, laqeyd və bivec davranışlarımızla həm özümüzə, həm də dolayısıyla ölkəmizə təhlükə yaradırıq, pandemiyanın ikinci dalğasına şərait yaradırıq.

Laqeyd yanaşma təhlükəlidir.

İnsanları haradasa başa düşmək olar. Karantin qaydalarının tətbiqi digər cəmiyyətlər kimi bizi də bezdirdi, yordu. Amma eyni zamanda iqtisadi vəziyyət də bu laqeydliyin əsas səbəbidir.

İnsanlar aclıqdan daha çox qorxur, nəinki koronavirusdan...

***

İlk günlər yardımlaşma dalğası başlamışdı.

Pandemiyanın elan olunduğu ilk günlərdə, ilk həftələrdə insanlar daha həssas, daha diqqətli idi.

Halbuki, iş yerləri yeni bağlanmışdı, işsizlərin belə, az-çox ehtiyatı vardı.

Biz qaçqın taleyi yaşamış, müharibə, keçid dövrü, çörək növbəsi görmüş nəsilik, aclığa da, yoxluğa da, qıtlığa da hazırlıqlıyıq.

На одной из улиц в Баку - Sputnik Azərbaycan
Karantin rejimi sərtləşdirilə bilər

Ən azı 25-30 günə kifayət edəcək ərzaq ehtiyatını ayın əvvəlindən alıb, şkaflara dolduran adamlarıq, çünki yoxluğu və qıtlığı, lap elə aclığı da təcrübədə yaşamışıq.

Deməyim odur ki, ehtiyacın nisbətən az olduğu dönəmdə küyə düşüb yardım kampaniyaları başladanlar, qəfildən sakitləşdi.

Halbuki, indi daha çox insanın ərzağa, yardıma, dəstəyə ehtiyacı var.

Ümid edirəm bu karantin rejiminin yumşaldılması bizi laqeydləşdirməyəcək.

Nə qədər çətin olsa da, qəbul etməsək də, qaydalar və hazırkı qadağalarla yaşamaq başqalarının həyatını riskə atmaqdan yaxşıdır.

Nə qədər yorulsaq da, vəziyyətin düzəldiyinə özümüzü inandırsaq da, ehtiyacı olan insanları unutmayaq.

Pandemiya oyundursa, bu oyunda insanlıq və insan qalib gəlməlidir.

Xəbər lenti
0