BAKI, 6 may — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan sağalan vətəndaşlara müraciət edib. TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə bildirilir ki, artıq ölkədə ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. Bu məqsədlə TƏBİB COVID-19 xəstəliyindən sağalan vətəndaşları qan plazması donoru olaraq digər xəstələrə yardım etməyə çağırır.
Ünvan: Mərkəzi Qan Bankı, Mirəli Qaşqay küçəsi 87.
Telefonlar: 907
+99412 440 65 86
+99412 440 78 50
+99412 441 66 52.