CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şərqdən yayılan bəla, Bakıda “Formula” həyəcanı, Seyidlər bağı və xaş məclisi...

© Sputnik / Murad OrujovТретий день Гран при Азербайджана Формула 1
Третий день Гран при Азербайджана Формула 1 - Sputnik Azərbaycan
Abunə olmaq
Danilyan soyadlı şəxsin Sabirabadda təhlükəsiz şəkildə yaşaması tollerantlıq, multikultural dəyərlərin Azərbaycanda bütün millətlərə şamil olunduğunu sübut edir

BAKI, 20 aprel — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Şirvan Milli Parkı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Virus doğrudan da “kömək” edirmiş – Azərbaycanda da hiss olundu

Karantində qalmalıyıq

1348-ci il. İtaliya, Siena şəhəri. Bir ailə başçısının yazdığı qeydlərdən: "Hər kəs vəbadan qorunmaq üçün evə qapandı. Çox qorxunc! İnsanlıq həyatda qalmaq üçün mübarizə aparır. Vəbanın İtaliyaya daxil olmasından 6 ay sonra minlərlə adam öldü".

6 ay içərisində İtaliyada 31 min adam həyatını itirdi. Siena əhalisinin isə 60 faizi xəstəlikdən dünyasını dəyişdi. Hər kəs tanrının intiqam aldığını düşünürdü...

Avropanın bütün şəhərləri bomboş, dükanlar, hər yer qapalı... Vəba 15 il içərisində milyonlarla insanı öldürdü... Bu xəstəliyin Avropada yayılması monqolların "töhfəsi" idi. Monqol imperatoru Canı bəy imperiyasının sərhədlərini Şərqə və Qərbə doğru genişləndirməyi planlaşdırırdı. Vəba xəstəliyi onun əsgərləri arasında sürətlə yayılırdı. Canı bəy bu xəstəlikdən ölmüş əsgərlərini işğal etmək üçün hücum etdiyi şəhərlərin qala qapılarından xüsusi qurğularla içəri atırdı. İşğal və istibdaddan qaçan əhali Qərbə - Avropaya doğru axışırdı... İnfeksiya və xəstəliklərlə birgə...

Oxşar ssenari təkrarlanır. Doğrudur, indi nə əfsanəvi monqol imperiyası, nə Canı bəy var, amma yenə Şərqdən gələn virus Avropanı iflic edib.

Ötən həftə dünyada koronavirusa yoluxanların sayı 2,5 milyona, ondan ölənlərin sayı 170 minə yaxınlaşdı. Avropa ABŞ-la birgə ötən həftə ərzində də pandemiyanın episentri kimi qaldı. Doğrudur, Avropadan fərli olaraq, ölkəmizdə vəziyyət müsbət dinamika ilə dəyişir, ancaq "ikinci dalğa" ilə üzləşməmək üçün karantində qalmalıyıq. Hökumətin mayın 4-dək qüvvədə saxladığı karantin rejimi də ehtiyatı əldə verməmək məntiqinə söykənir.

3 aya yekun

3 ayın yekunları ilə bağlı Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası bu dəfə videokonfrans formatında keçirildi. Bu dövlətin yeni vəziyyətə qarşı daha bir adaptiv reaksiyası idi. 

Ильхам Алиев провел совещание в формате видеосвязи с участием министров труда и социальной защиты населения и экономики - Sputnik Azərbaycan
Prezident: "Biz vəziyyəti nəzarət altında saxlaya bilirik"

Gözlənildiyi kimi, koronavirus pandemiyasının qlobal şokları Azərbaycana da təsirsiz ötüşmür. Ancaq bununla belə 3 ayın yekunlarında müsbət dinamika müşahidə edilir. Amma resessiya qaçılmazdır, hətta postkarantin dövründə də iqtisadiyyatın özünə gəlməsi üçün vaxt lazım olacaq.

3 ayın yekunları ilə bağlı toplantı, daha sonra dövlət başçısının Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında iclasının təfərrüatlarından aydın oldu ki, istənilən halda, Azərbaycan sosial yönümlü siyasəti davam etdirəcək və genişləndirəcək, ixtisarlar yalnız cari və investisiya xərclərində özünü göstərə bilər, sosial xərclər isə ixtisar edilməyəcək.

Tələbələrə dövlət dəstəyi

Ötən həftə Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verdi. Sosial-iqtisadi sahədə məlum səbəbdən yaranmış böhranı nəzərə alsaq, bu, dövlət tərəfindən atılmış olduqca humanist, sosialyönümlü yanaşmadır. Normativ təhsil müddətindən çox təhsil alan tələbələrin təhsil haqları isə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına ödənilməyəcək. Yəni kəsirlər səbəbindən tutaq ki, 4 illik təhsilini 4 ildə başa vurmamış tələbələr bu dəstəkdən yararlana bilməyəcək. Deməli, yaxşı oxumaq həmişə yaxşıdır. Məktəblilər də məktəbə getməmək imkanından istifadə etməlidirlər. Bernard Şounun məşhur bir replikası yada düşür: “Kiçik yaşlarımdan məktəbə getməli oldum deyə, təhsilimə ara verdim”

Kür sahilində "dezinfeksiya"

Ötən həftə karantin rejiminin qaydalarını maraqlı tərzdə pozanlar bizim milli identikliyimizi də ifadə etmiş oldular. Kür sahilində yeyib-içmək məclisi düzəldənlər, xaşa gedənlər, sms-lə icazə alıb xeyir-şər evində domino vuranlar, damda qumar oynayanlar və s.

Ləzzətli quzu kababının resepti ilə tanış olun - Sputnik Azərbaycan
HADİSƏ
Seyidlərin cəddi hörmətsizlik edənləri bağışlamadı - VİDEO

Xaş məclisini və Kür sahilindəki mərasimi iştirakçıların infeksiya ilə "mübarizə tədbiri" kimi həyata keçirdiyinə inanırıq. Sadəcə, ikinci hadisədə bir səhvə yol verilib - içki məclisinin təşkil olunduğu yerə baxın: Aşağı Seyidlər kəndinin “Seyidlər bağı” adlanan ərazisi.

Milli Məclisin aparatı buraxıldı

Bu ilin əvvəllərində növbədənkənar seçkilərlə yenidən formalaşmış Milli Məclis reabilitasiyanı davam etdirir. Ötən həftə Azərbaycan parlamentinin Aparatı buraxıldı. Gözlənilir ki, budəfəki aparatın tərkibi daha dinamik, təşəbbüskar, hazırlıqlı kadrlardan formalaşsın.   

Bakıda "Formula-1" həyəcanı

Ötən həftə Bakı "Forsaj" filminin təsiri altında olan 26 yaşlı gəncin şousuna şahidlik etdi. “Daewoo” markalı avtomobili idarə edən Şəhram adlı gənc avtopatrul müfəttişinin “Saxla!” əmrinə tabe olmayaraq, hərəkətini davam etdirib. Həmin sürücünün saxlanılması üçün yerlərdə xidmət aparan digər əməkdaşlara məlumat verilib. Sürücü yüksək sürətlə hərəkətini davam etdirib və yol boyu yol nişanları və işıqforlara əhəmiyyət vermədən dəfələrlə qəza şəraiti yaradıb. Uzun sürən şounu yol polisi süni tıxac yaratmaqla dayandırıb. Qəhrəman bir il sürücülük hüququndan məhrum edilib və 30 sutka həbs cəzası verilib. Gəncin daha bir qəhrəmanlığı ondan ibarətdir ki, özünü şəhid ailəsi üzvü kimi təqdim edib. Araşdırmalarla məlum olub ki, onun hər iki valideyni sağdır, atası Mənzil-İstismar İdarəsidə çalışır.

Daha bir gənc isə Binəqədi rayonu ərazisində qaçırdığı maşınla avtoxuliqanlıq edib, onun çoxsaylı hoqqalarına nəhayət, DYP son verib. Bir neçə avtomobili vuran, polis əməkdaşlarına tabe olmayan R.Ağabəyovun saxlanılarkən qaçırdığı avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

 Təcili Tibbi Yardım avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
Təcili yardım maşınları, yoxsa "avtoş"lar - Bakı-Quba yolunda film kimi qəza

Beləliklə, pandemiya səbəbi ilə təxirə salınan Formula-1 yarışlarının yoxluğunu gənclər böyük fəallıqla hiss etdirməməyə çalışırlar.

Erməni qardaşlar

Ötən həftə Suraxanı rayonu 31-ci Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində ev quşlarının oğurluğu ilə məşğul olan qardaşları saxlayıblar. Məlum olub ki, qardaşlar Sabirabad rayonunun sakinləridir. Qardaşlardan biri Rövşən evlənəndən sonra həyat yoldaşının soyadını götürüb. Sonradan cütlük boşanıb, amma həmin şəxs Cəfərov soyadını saxlamağa qərar verib. Elçin isə Danilyan soyadını dəyişməyib.

Tollerantlıq, multikultural dəyərlərimiz bütün millətlərin Azərbaycanda mehriban, təhlükəsiz yaşamını təmin edir. Amma özün də gərək mehriban olasan və başqasının hini üçün təhlükə törətməyəsən...

Xəbər lenti
0