CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük planlamaya başlanılır – Yanlışlıqlar dövlətə baha başa gəlir

© Sputnik / Murad OrujovСтроительство госпиталя модульного типа в Баку
Строительство госпиталя модульного типа в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
“Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə bir sıra dəyişiklərin edilməsi, şəhərlərin baş planının hazırlanması ilə bağlı Komitənin ortaya qoyduğu tələbin həyata keçirilməsi vacibdir” – Ekspert

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Paytaxtda, eləcə də bölgələrdə tikinti, yenidənqurma işləri həyata keçirilsə də, bu sahədə hələ də nizamsızlıq qalmaqdadır. Ərazinin infrastrukturu nəzərə alınmadan inşa edilən tikililər bu gün də problem olaraq qalır.

Bəzi tədbirlər konkret olaraq müfəssəl planlar üzərində qurulmalı olsa da, yerli icra hakimiyyəti orqanları nədənsə müfəssəl planın hazırlanmasında gecikir. Baxmayaraq ki, hələ 2013-cü ilin yanvarın 1-dən qüvvəyə minən  Şəhərsalma və Tikinti Məcəlləsində bu barədə xüsusi bənd əks olunub. Qeyd edək ki, müfəssəl planlar olmadan məskunlaşma və sair kimi tədbirlərin görülməsi sonradan müəyyən problemlərə yol aça bilər. Bəs bu vaxtadək hansı  yerli icra hakimiyyətləri müfəssəl plan hazırlayaraq Komitəyə təqdim edib?

Строительство жилого дома в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha istədiyiniz yerdə tikinti apara bilməyəcəksiniz: Torpaq sizin olsa da, sizin deyil

Məlumat üçün bildirək ki, bir müddət öncə Milli Məclisdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə bir sıra dəyişikliklər edildi.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələri ərazi planlaşdırma sənədlərinin, o cümlədən müfəssəl planların müəyyənləşdirdiyi tələblərə uyğun olaraq tərtib edilməlidir. Onun sözlərinə görə, bununla belə, bəzi hallarda müfəssəl planlar hazır olmadığından, bu normanın bir çox şəhərlərdə həyata keçirilməsində çətinliklər yaranır: "Müfəssəl planlar yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının sifarişi ilə şəhərlərin baş planları əsasında hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilir. Son illərdə Komitə tərəfindən tikinti layihələrinin tərtibi üçün əsas sayılan ərazi planlaşdırılması sənədlərinin (baş planlar və müfəssəl planlar) hazırlanması istiqamətində xeyli işlər görülüb. Ümumi sayı 42 olmaqla, o cümlədən son 2 ildə Nazirlər Kabineti tərəfindən 8 şəhərin (Salyan, Xaçmaz, Göygöl, Masallı, Şəmkir, Quba, Tovuz, Biləsuvar) baş planı təsdiqlənib və 2 şəhərin (Ağcabədi və Göyçay) baş planının təsdiq edilməsi gözlənilir. Hazırda Komitə tərəfindən respublikanın 11 şəhərinin (Bakı, Gəncə, Goranboy, Gədəbəy, Astara, Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir) baş plan layihələrinin hazırlanması prosesi davam etdirilir, daha 5 şəhərin (Xudat, Liman, Dəliməmmədli, Göytəpə, Qovlar) baş planlarının işlənilməsinə başlamaq planlaşdırılır. Bununla yanaşı, şəhər və digər yaşayış məntəqələrində müfəssəl planların hazırlanması üzrə də işlər yerli icra hakimiyyəti orqanları tərəfindən davam etdirilir ki, öz növbəsində Komitə tərəfindən bu işlərə lazımi metodiki köməklik göstərilməkdədir".

Komitə səlahiyyətlisi deyir ki, bu ərazi planlaşdırılması işlərinin davam etdirilməsini nəzərə alaraq, qanunvericilikdə uyğunluğun təmin edilməsi üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin bu sahədə tam tətbiqi ilə bağlı müddətin uzadılması məsələsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq baxılmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxt küçələri ilə bağlı vacib sərəncam imzalandı

Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a bildirib ki, son 10 ildə ölkədə ayrı-ayrı şəhərlərin baş planının, müfəssəl planının hazırlanması istiqamətində işlər görülsə də, demək olmaz ki, bu proses tamamlanıb: "Hətta strateji ərazi olan Abşeronun regional inkişaf planı ilə bağlı müəyyən işlər görüldü, müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunaraq müzakirələr aparılsa da, yekun olaraq Abşeron rayonun özünün də planında tamamlanmamış məsələlər qalmaqdadır. Xüsusilə sənaye zonalarının müəyyən olunması və paytaxtın mərkəzindəki sənaye obyektlərinin o istiqamətlərə köçürülməsi ilə bağlı dövlət proqramının həyata keçirilməsi və icrası, eyni zamanda ayrı-ayrı normativ hüquqi aktlara uyğunlaşdırma qalmaqdadır. Məsələn, inzibati rayonlarda bu sahədə vəziyyət daha qeyri-qənaətbəxşdir. Bəzi inzibati rayonların nəinki inzibati, heç baş planları tam hazır deyil. Ona görə də Komitənin ortaya qoyduğu fikir tam reallığı əks etdirir. Bu sahədə problemlər var. Onlar da Komitənin işinə öz mənfi təsirini göstərir. Normativ hüququ aktların arasındakı uyğunsuzluqar aradan qaldırılmalı, ayrı-ayrı qərarların icrası üçün qanun layihələri işlənib hazırlanmalıdır".

R.Osmanı deyir ki, şəhərsalma ilə bağlı infrastruktur layihələrinin icrası zamanı infrastruktura ciddi problem yaradan tikililərin olduğu üzə çıxır. Halbuki, şəhərsalma prosesi başlamazdan öncə həyata keçirilməli məsələdir: "Məsələn, beş, üç mərtəbəli bir sosial obyekt inşa olunur. Sonrakı mərhələdə məlum olur ki, həmin bina infrastruktur layihəsinin icrasına maneə törədir. Ya həmin bina sökülməlidir, yaxud da infrastruktur layihəsinin icrası zamanı onun istiqaməti dəyişməlidir. Bu isə hər iki halda dövlətə kifayət qədər maliyyə itkiləri hesabına başa gəlir. Maliyyə itkisi ilə yanaşı burada texniki iqtisadi əsaslandırmada ciddi problemlər ortaya çıxır, vaxt itkisi yaranır, layihələndirmə üçün əlavə xərclərə ehtiyac yaranır və sair. Ona görə də, Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə bir sıra dəyişiklərin edilməsi, şəhərlərin baş planının hazırlanması ilə bağlı Komitənin ortaya qoyduğu tələbin həyata keçirilməsi vacibdir".

Xəbər lenti
0