CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt küçələri ilə bağlı vacib sərəncam imzalandı

Abunə olmaq
Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,6 milyon manat ayrılıb

BAKI, 20 aprel — Sputnik. Paytaxtın Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsi genişləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,6 milyon manat ayrılıb.

Xəbər lenti
0