CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdəqal aksiyası zamanı evdə qalanlar - Qadınlara qarşı zorakılıq halları artıb?

© REUTERS / Athit PerawongmethaЖенщина на кухне. фото из архива
Женщина на кухне. фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Qəribə səslənsə də koronavirusla bağlı yaranan karantin şəraitinin müsbət tərəfləri də var. Bu xəstəlik ailələrin çoxunun birgə vaxt keçirməsinə səbəb oldu. Yəqin ki, münaqişəli ailələrdə də münasibətlərə yenidən baxılmış olacaq”

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Adətən ailələrdə işsizlik yarananda, ailə üzvləri evə qapanmaq məcburiyyətində qalanda, tərəflər arasında daha çox söz-söhbət olur. Bəzi hallarda bu hadisələr məişət zorakılığı ilə də nəticələnir. Bu gün koronavirusun bütün dünyada yayılması ilə əlaqədar olaraq evdə qal aksiyasının başlanması gender balansı pozulan ölkələrdə qadınları çətin durumda qoyur. Gender balansının pozulduğu ölkələrdə qadınlara qarşı zorakılıq halları daha çox qeydə alınır.

Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusa yoluxan daha çox qadınlardır – TƏBİB rəsmisi

Bununla bağlı olaraq  BMT-nin Əhali Fondu məlumat hazırlayıb. Məlumatda qeyd olunur ki, COVİD-19İ infeksiyasının yayılması qlobal pandemiyaların fəsadlarının gender prizmasından təsirinin araşdırılmasını zəruri edir. Gender təhlilinin mövcudluğu pandemiyalara hazırlığın və cavab tədbirlərinin effektivliyinin artırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

BMT-nin Əhali Fondunun məlumatına görə, hazırkı koronavirus pandemiyasının gedişatı kişilərin və qadınların qlobal miqyasda cərəyan edən infeksion xəstəliklərin mənfi təsirlərinə eyni dərəcədə məruz qalmadığını, bir çox hallarda qadınların daha həssas şərtlər altında olduğunu üzə çıxarıb:

• Pandemiyalar zamanı qadınların ailə-məişət zəminində iş yükü daha da artır (məsələn, təhsil müəssisələrinin müvəqqəti bağlanması şəraitində uşaqların təhsili ilə məşğul olma, qadının öz ailə üzvlərinə göstərdiyi qayğının belə dövrlərdə daha da artması və s.), bu da qadınların sosial təcrid şəraitində onsuz da məhdud olan iqtisadi və maliyyə resurslarına çıxışını daha da məhdudlaşdırır;

• Pandemiyalar da daxil olmaqla istənilən böhran vəziyyətində gender-əsaslı zorakılıq halları çoxalır və bundan bir qayda olaraq qadınlar əziyyət çəkir. Sosial təcrid şəraitində yaşayan qadınlar zorakı partnyorun daha uzunmüddətli zorakılığına məruz qala bilir;

• Bütün digər böhran vəziyyətlərində olduğu kimi, pandemiyalar zamanı da cinsi və reproduktiv sağlamlıq hüquqlarının təmin olunması yüksək diqqət tələb edən mühüm çağırışlardan birinə çevrilir ki, bundan da ən çox qadınlar və qızlar əziyyət çəkirlər. Pandemiya ilə mübarizə çərçivəsində təchizat zəncirində meydana çıxan pozulmalar böhranın ağır nəticələrinə məruz qalan bölgələrdə yaşayan qadınların sağlamlığı üçün zəruri olan ailə planlaşdırılması və cinsi və reproduktiv sağlamlıq vasitələrinin çatdırılmasında fasilələrə səbəb ola bilir.

Ребенок смотрит телевизор, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azyaşlılara qarşı zorakılıq işini Ombudsman nəzarətə götürdü

• Hətta pandemiya kimi böhranların olmadığı adi zamanlarda belə qayğı göstərilməsini tələb edən işlərdə əsas etibarilə qadınlar çalışır. BMT-nin Əhali Fondunun məlumatına görə, hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni qadınlar təşkil edir, bu da əsasən cəmiyyətlərdə bərqərar olmuş sosial normalardan və qadınlara yüklənmiş gender rollarından irəli gələn amildir;

• Əksər digər hallarda olduğu kimi, qadınların COVİD-19İ kimi pandemiyalara qarşı mübarizə tədbirlərinin təşkilinə dair qlobal səviyyədə qərarvermədə iştirakı və bu prosesə cəlb olunması kişilərə nisbətən olduqca aşağı səviyyədədir.

"Bununla yanaşı, COVİD-19İ böhranı şəraitində gender-əsaslı zorakılığa qarşı əlaqələndirilmiş (multisektoral) cavab tədbirlərinin və müvafiq yönləndirmə mexanizmlərinin mövcud reallığa uyğun şəkildə təkmilləşdirilməsi və icmaların bu barədə məlumatlandırılması da zəruri məsələlərdəndir. Beləliklə, gender-əsaslı zorakılığa məruz qalmış və ya bu risklə üzləşən qadın və qızların hüquqlarının böhran vəziyyətində də dayanıqlı şəkildə müdafiəsini təmin etmək mümkün olacaq", - deyə məlumatda qeyd olunub.

Azərbaycanda da #evdeqal aksiyası davam edir. Maraqlıdır, bu baxımdan hazırda ölkəmizdəki durum necədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə İş Şöbəsinin baş məsləhətçisi Məftunə İsmayılova Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq hazırda komitə bir müddətlik fəaliyyətini dayandırsa da, məsafədən müəyyən müraciətlərə baxır: "Səlahiyyətlərimiz çərçivəsində üzərimizə düşən işi görürük. Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması baxımdan da işlərimizi davam etdiririk. Komitənin elektron ünvanına edilən müraciətlər və regionlardakı mərkəzlərimiz vasitəsilə evdən, məsafədən işləməklə lazım olan addımlar atılır. Hər bir icra hakimiyyətinin nəzdində qadınlara və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində monitorinq qrupları fəaliyyət göstərir. Həmin monitorinq qrupunun üzvləri həmin rayonun sosial sahədə çalışan və hüquq-mühafizə orqanlarının rəhbərləridir. Bu günlərdə komitəyə müraciət daxil olduqda monitorinq qrupu ilə əlaqə saxlayaraq problemlərin həllinə çalışırıq".

"Komitənin nəzdində Məlumat Bankı da fəaliyyət göstərir. Bu Məlumat Bankında da müraciətlər qeydə alınır. Lakin qeyri-iş günü olduğu üçün bu Məlumat Bankına daxil olan məlumatlar haqda statistikanı verə bilməyəcəyəm", - deyə o əlavə edib.

Qadına qarşı zorakılıq - Sputnik Azərbaycan
Qadınlara qarşı hər 30 saniyədən bir zorakılıq baş verir

O deyir ki, məişət zorakılığında cinayət faktoru varsa, bu zaman heç bir iş görə bilmirlər: "Sadəcə olaraq zərərçəkmişin ailəsində zərəri minimal həddə çatdırmağa çalışırıq".

Bəs, maraqlıdır öncəki günlərlə müqayisədə #evdeqal həftələri çərçivəsində daxil olan müraciətlərin sayında artım nəzərə çarpırmı? Yəni, evdə qaldıqdca məişət zorakılığı halları artırmı. Sualımıza cavab olaraq M.ismayılova müraciətlərin sayında heç bir artımın olmadığını deyib: "Yəni karantin dövrü olsa da, bu gün rəqəmlərdə öncəki adi günlərlə müqayisədə heç bir artım yoxdur. Bilirsiniz ki, daha güclü travma digər zədə və travmaların ağırlıq dərəcəsini, səviyyəsini aşağı salmış olur. Yəni bu gün insanlar karantin şəraitində, izolyasiya olunmuş vəziyyətdə yaşayır və ailəsini, sevdiklərini qoruyur. Əgər bir qorxu varsa, onunla mübarizə istiqamətində hər kəs birləşir. Yəni, bu gün ailədaxili problemlərin yaşandığı ailələr də virusdan qorunmaq istiqamətində birləşirlər".

"Bu günlərdə daha çox cinayət faktoru olmayan məişət zorakılığı ilə bağlı müraciətlər daxil olur. Bu cür müraciətlər də daha çox emosional və iqtisadi zorakılıqla bağlı olur. Bu yaxınlarda bir xanım işləmək istədiyini, lakin atasının buna icazə vermədiyini deyib. Bundan başqa, psixoloji zorakılıqla bağlı da müraciətlər olunur və onlara onlayn dəstək, məsləhət verilir", - deyə o əlavə edib.

Komitə rəsmisi karantin şəraitinin müsbət tərəflərindən də danışıb: "Qəribə səslənsə də koronavirusla bağlı yaranan karantin şəraitinin müsbət tərəfləri də var. Bu xəstəlik ailələrin çoxunun birgə vaxt keçirməsinə səbəb oldu. Yəqin ki, münaqişəli ailələrdə də münasibətlərə yenidən baxılmış olacaq. Bundan başqa, ailədaxilində rol bölgüsünə də yenidən baxıldı".

M.İsmayılova deyir ki, koronavirus qadınların yükünü artırsa da, ədalətli bölgünü də həyata keçirdi.

Xəbər lenti
0