BAKI, 30 dekabr — Sputnik. Twitter-də hər 30 saniyədə bir "qadına qarşı zorakılıq" müşahidə edilir.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Amnesty International-ın apardığı araşdırmanın nəticəsinə görə, Amerika və İngiltərədə 778 qadın siyasətçi və jurnalistin 2017-ci ildə atdığı 288 min tvitdə ümumilikdə 1,1 milyon söyüşdən istifadə edilib. Bu isə Twitter-də hər 30 saniyədən bir qadına qarşı zorakılıq deməkdir.
Araşdırmanın məsləhətçisi Milen Marin qeyd edib ki, Twitter iqrçiliyin, qadın düşmənçiliyinin və homofobiyanın əsas idarə edilməyən məkanıdır: “Siyasi tvit atan qadınlar daha çox hədəfə çevrilir. Twitter-in bu problemi həll etməməsi marjinallaşmış səslərin susdurulmasına yardım etməsini sübut edir".
Araşdırmaya qatılan qadınlara göndərilən tvitlərin 7,1 faizi problemli və ya zorakılıq xarakterli olub.