CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtalyanlar və koronavirus – mədəniyyət və ciddiyyət...

© REUTERS / FLAVIO LO SCALZOСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Abunə olmaq
Mədəniyyət sevdalı, yaradıcılıq eşqli sənət dühaları bu taclı virusun bəşərə yaşatdığı təlaşdan, tamahkarların məkrlərindən, xəstələrin iztirablarından müxtəlif mövzulu əsərlər yarada bilərlər

BAKI, 17 mart — Sputnik. Son aylarda kainatın bu bəxtsiz kürəsini ağuşuna almış koronavirus bəlası Çindən başladı. Bu böyük fəlakətin (?) ilkin üzüntüləri arasında pozitiv videolar da çıxdı qarşımıza. Çinli həkimlər, tibb bacıları və qardaşları xüsusi tibbi mühafizə geyimlərində, onlarla xəstələrin yatdığı palatalarda rəqs etməyə başladılar. Əlbəttə, xoşbəxtliyin hər bəlanı müalicə edə bildiyini tarixi təcrübələrimiz bizə çoxdan göstərmişdi.

Человек в защитном костюме в центре Праги - Sputnik Azərbaycan
Koronavirus: İtaliya ölü sayına görə Çinə yaxınlaşır, Avropa qapıları bağladı

Ardınca, İrandan gəldi taclı virusun səsi. İslam Respublikasının millət vəkilləri, dövlət nümayəndələri daha çox yoluxdu bu xəstəliyə. Qapalı şəraitdə yaşayan bu ölkədən gələn videolar küçələrdə yeridiyi yerdə yıxılan və öldüyü iddia edilən xəstələrin görüntülərindən ibarət oldu. Sonra da müxtəlif nüfuzlu həkimlər açıqlamalarında bildirdilər ki, heç kim yeridiyi yerdə koronavirusdan yıxılıb ölmür. Buradan belə başa düşüldü ki, ya iranlılar süni bir təlaş yaratmağa çalışırdılar, ya da yeridikləri yerdə qorxudan ürəkləri partlayırdı.

Virusun Qafqaza doğru gəlməsi bir başqa aləm idi. Azərbaycanlıların və gürcülərin virusla bağlı yayılan videoları dava-qırğın, səs-küy, hay-həşir, ittihamlar, şikayətlər, giley-güzarlardan ibarət oldu. Bu, hələ də davam etməkdədir. Həmrəylik, pozitiv mübarizə üsulları, elmi-mədəni dayanışma metodlarından heç bir nişan yox idi və hələ də yoxdur. Tək ümid işığı o oldu ki, xaricdə yaşayan azərbaycanlılar virusla bağlı sərhədlərin bağlanması səbəbi ilə ölkəyə qayıda bilməyən həmyerlilərə öz xaricdəki evlərini açıq elan etdilər. Onlara qalmağa yer, maddi kömək vəd etdilər. Bu, həqiqətən də zülmətdə parıldayan xəfif közərti idi.

Dünya üçün müjdə? Koronavirusa qarşı vaksinin sınaqları başlayıb

Elə növbə Avropanın – o nurlu torpaqların ətəklərinə çatdı, mədəniyyət işığı parlamağa başladı. Hər nə qədər italyanlar Avropanın ən laqeyd və zarafatsevər xalqı olsa da (deyilənə görə, bu xüsusiyyətlərinə görə italyanlara Avropanın qafqazlıları da adlandırırlar) nəticə bir az ağır oldu. Yoluxanların arasında ən çox ölüm faktı məhz İtaliyada qeydə alındı. Görünür, taclı virusun məkrli niyyətini çox da ciddiyə almayan italyanlar kütləvi tədbirlərdən, toplaşmaqdan, cütləşməkdən, əylənməkdən geri qalmayıblar və yoluxmanın ilkin əlamətlərini çox da ciddiyə almadıqları üçün vaxtında həkimə müraciət etməyiblər. Nəticədə yoluxanların 7 faizi vəfat edib və bu, dünya ölkələri arasında ən yüksək göstəricidir.

Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Qara statistika: İtaliya ölüm sayına görə İranı geridə qoydu

Lakin Paqaninin, Vivaldinin, Bertoluççinin, Pazolinin xalqını mədəniyyətdən ayrı salmaq olarmı? Onları evlərinə qapadıb qapılarını bağlasan, eyvanlara çıxıb mahnı oxuyacaq, rəqs edəcəklər. Belə də oldu. Çoxmərtəbəli binaların eyvanlarında musiqi aparaturaları quraşdırıb mahnı oxuyan sənətçilər, qarşı eyvanlarda rəqs edən, əl çalan, çılğın səslər ucaldan tamaşaçıların videoları dünya mediasında sürətlə tirajlandı. Sanki italyanlar “bizi biz olmaqdan və mədəniyyətdən heç bir güc ayrı sala bilməz” deyirmişcəsinə şən-şaqraq əhval-ruhiyyələri ilə xoşbəxtlik işığı saçırdılar.

Koronavirusa gəlincə, bunun dünyanın taleyində hər hansı böyük bir tarixi hadisəyə (günümüzün şişirdilmiş informasiya müharibəsi, iqtisadi və siyasi hiylələri istisna olmaqla) səbəb olacağını zənn etmirəm. Tək müsbət tərəfi bu ola bilər ki, mədəniyyət sevdalı, yaradıcılıq eşqli xalqla və dünyanın müxtəlif guşələrindəki sənət dühaları bu taclı virusun bəşərə yaşatdığı təlaşdan, tamahkarların məkrlərindən, xəstələrin iztirablarından müxtəlif mövzulu əsərlər yarada bilərlər.

Sənət fəlakətin pusqusundadır daim...

Xəbər lenti
0