CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dəfə dinsizin öhdəsindən imanlı gələcək – Daha aldatmaq mümkün olmayacaq

CC0 / Pixabay / oficceOfis, arxiv şəkli
Ofis, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İşədüzəltmə ilə bağlı hesabatlılıq yarandıqdan, məlumat mübadiləsi aparılmağa başlandıqdan sonra vətəndaşlar arasında olan narazılıq və pərakəndə, qanunsuz halların qarşısı alınacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. İş axtararkən işədüzəltmə şirkətlərinin tələsinə düşərək cibində olan son qəpiyini xərcləyən vətəndaşlar artıq bu cür fırıldaqçı firmaların qurbanına çevrilməyəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestri yaradılacaq.

Telefonla oynayan orta yaşlı kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Əhali sürətlə yaşlanır, cavanlar isə işsiz qalır

Bu barədə "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı"nda qeyd olunub. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə tapşırıqlar verilib.

Sputnik Azərbaycan yeni yaradılacaq reyestrin işədüzəltmə adı altında fırıldaqla məşğul olan şirkətlərin fəaliyyətini necə əngəlləyəcəyini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Sputnik Azərbaycan-a bildirib ki, reyestr fəaliyyətə başladıqdan sonra işədüzəltmə şirkətlərinin qeydiyyat prosesinə başlanacaq: "Bütün işədüzətmə şirkətləri həmin sistemdə qeydiyyatdan keçərək öz məlumatlarını daxil edəcəklər. Bundan sonra onlara müraciət edən işsiz və işaxtaran vətəndaşların sayı, işlə təmin etdikləri şəxslərin siyahısı, eləcə də əməkdaşlıq etdikləri şirkətlər barədə bütün məlumatları reyestrə daxil edəcəklər. Bu hesabatlılıq yarandıqdan, məlumat mübadiləsi aparılmağa başlandıqdan sonra vətəndaşlar arasında olan narazılıq və pərakəndə, qanunsuz halların qarşısı alınacaq”.

Ə. Nəcməddinqızı bildirib ki, həmin reyestrin yaradılması 2020-2021-ci illərdə təmin olunacaq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, illərdir işsiz vətəndaşlar işədüzəltmə şirkətlərinin fırıldağı ilə üzləşir: "Ona görə də mən hər dəfə iş axtaranlara işədüzəltmə şirkətlərinə müraciət edərkən ehtiyatlı olmağı tövsiyə edirəm. Bu günlərdə Abşeron rayonu, Masazır qəsəbəsi, AAAF park bina 1, mən.12, ünvanında yaşayan Raul Cabarov tərəfindən mənə bir məktub daxil olub. 

Банкноты номиналом 5000 рублей - Sputnik Azərbaycan
RUSİYA
İşsiz adamın 4 milyon pulunu götürüb qaçdılar
Həmin məktubda qeyd edilir ki, saytlardan birində işədüzəltmə barədə elana baxıb, 06.03.2020-ci il tarixdə işə düzəlmək məqsədi ilə Xətai rayonu, AMAY ticarət mərkəzinin binasının 4-cü mərtəbəsində xidmət göstərən "Azəri" işədüzəltmə agentliyinə gedib. Orada ofisdə oturan Fərizə xanım və digər qadınlar ona bildirdilər ki, işlə təmin ediləcək. Xidmət haqqı kimi 15 manat istəyiblər. Aylıq maaşı 800 AZN olan şəxsi sürücü işi təklif ediblər. Vətəndaş buna tam razı olub və ona deyiblər ki, sabah işə götürən Əli bəyə zəng etsin. Hətta əlaqə nömrəsi də veriblər. 15 manatı Fərizə adlı xanımın tapşırığı ilə birbaşa orda olan xanıma ödəyib. Amma ona heç bir maliyyə sənədi verilməyib. Onunla "Amrah Turaz" şirkətinin möhürü vurulmuş, VÖEN və digər sətirlər doldurulmayan 2 üzlü bir kağızda müqavilə bağlayıblar, bura 15 AZN alınması yazılıb. Vətəndaş onlara deyib ki, ona yalnız indi təklif edilən sürücü işi lazımdır, başqa iş istəmir. Onlar vətəndaşı əmin ediblər ki, sabah Əli bəyə zəng etsin, işi düzələcək. Müqavilədə işə düzələcəyi şirkətin məlumatları qeyd olunub. Səhəri gün işə düzəlmək üçün müqavilədəki nömrə ilə Əli bəylə əlaqə saxlayan vətəndaşa "get işinlə məşğul ol" cavabı verilərək telefonu söndürülüb. Sonra həmin şəxs işədüzəltmə şirkətinə ödənişinin geri qaytarması ilə əlaqədar yaxınlaşıb. Amma onu bir neçə gün get-gələ salandan sonra nəhayət, müxtəlif bəhanələrlə oradan uzaqlaşdırıblar. Hazırda bu cür fırıldaqçı fəaliyyətlə məşğul olan işədüzəltmə şirkətləri çoxdur. İnanaq ki, yeni yaradılacaq reyestr bu kimi halların qarşısını alacaq".

Azərbaycanda ən çox cinayət törədənlər işsiz və təhsilsiz kişilərdir

Qeyd edək ki, işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair tələblərə əsasən, onlar reyestrdə qeydiyyatdan keçməlidir. İqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır. İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatları ilə bağlı müvafiq qurumla elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir. Qaydalara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vergilər Nazirliyinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edərək işədüzəlmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxsin vergilər, faizlər və maliyyə sanksiyaları, hüquqi şəxsin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə məlumatları əldə edə bilər.

Xəbər lenti
0