Əhali sürətlə yaşlanır, cavanlar isə işsiz qalır

© AP Photo / Mary AltafferTelefonla oynayan orta yaşlı kişi, arxiv şəkli
Telefonla oynayan orta yaşlı kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2050-ci ildə yaşı 80-dan yuxarı olan şəxslərin sayı hazırkı rəqəmdən, yəni 149 milyondan 426 milyona çatacaq

BAKI, 14 oktyabr — Sputnik. İlk dəfə olaraq 2018-ci ildə dünyada yaşlı insanların sayında nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Moskvada ahıl insanlar - Sputnik Azərbaycan
Qocalıq yaşı neçədir?

ÜST yaxın gələcəkdə bu rəqəmin daha da artacağını proqnozlaşdırır. Belə ki, onların hesablamalarına görə, 2050-ci ildə yaşı 80-dan yuxarı olan şəxslərin sayı hazırkı rəqəmdən, yəni 149 milyondan 426 milyona çatacaq.

ÜST-ün hesabatlarında son illərdə xüsusən də 65 yaşdan yuxarı olan şəxslərin sayında sürətlə artımın qeydə alındığı vurğulanır.

İnsanların yaşadığı hər 20 ilinin 7 min 300 günə bərabər olduğu bildirilən hesabatda qeyd olunan proqnozlarda bir şəxsin yaşının 65-dən yuxarı olmasının onun 85 yaşadək yaşama ehtimallarını 50 faiz artırdığını bildirilir.

Lakin iqtisadçılar təqaüdçülərin say artımını mənfi tendensiya kimi qiymətləndiriblər. Belə olan halda dövlətlərin sosial proqramlar üçün daha çox vəsait xərcləməli olacağını, onların iş imkanlarını artırmaq, işlə təmin etmək üçün müxtəlif layihələr hazırlamalı olacağı bildirilir. Bu cür şəxslərə xüsusi qayğının göstərilməsi, pensiyaların verilməsi və onların bir yerdə daha uzun müddətli işləməsi isə dövlətlərə heç də ucuz başa gəlməyəcək. Yaşlıların uzunmüddətli işləməsi isə gənclərin iş tapa bilmə, işlə təminolunma imkanlarını məhdudlaşdıracaq. Belə olan halda isə bəzi dövlətlər işsizliyə görə gənclərə müavinətlər verməli olacaq.

Müxtəlif ölkələrdə işsizlik göstəriciləri - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Müxtəlif ölkələrdə işsizlik səviyyəsi

Lakin araşdrımalar onların dövlət büdcələrinə faydalarının da az olmadığını göstərir. Qeyd olunur ki, təkcə ABŞ-da bir il ərzində pensiyaya çıxan şəxslərin dövlət büdcəsinə xeyri 8 trilyon dollar olub. Hazırda və gələcəkdə də yaşlı əhalinin dünya iqtisadi aktivliyində fəal rola malik olacağı bildirilir.

Almaniyada isə müxtəlif texnologiya şirkətləri də onlardan daha çox gəlir qazanmaq, bu şəxslərin işdə aktivliyini qoruyub saxlamaq üçün yeni layihələr imzalayırlar. Bu sırada dünya brendi olan "Porsche"nin adını qeyd etmək olar.

İqtisadçılar isə yaşlıların daxili istehlak xərclərində də özünəməxsus çəkilərinin olduğunu vurğulayır. Proqnozlara görə, 2030-cu ilədək ABŞ-da daxili istehlak xərclərinin yarısını yaşı 55-dən yuxarı olanlar tutacaq. Yaponiyada bu rəqəmin 67, Almaniyada isə 86 olacağı proqnoz edilir.

Xəbər lenti
0