CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsiz adamın 4 milyon pulunu götürüb qaçdılar

© Sputnik / Aleksey Sukhorukov / Mediabanka keçidБанкноты номиналом 5000 рублей
Банкноты номиналом 5000 рублей - Sputnik Azərbaycan
Abunə olmaq
Polis oğrunu və oğurlanmış pulun mənbəyini araşdırır

BAKI, 14 may — Sputnik. Moskvada naməlum şəxs içində qeyri-müəyyən mayenin olduğu balonun köməyi ilə işsizdən içində 4 milyon rubl (61 min dollar) olan paketi götürərək aradan çıxıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, artıq hadisə ilə bağlı cinayət işi açılıb.

1988-ci il təvəllüdlü işsiz bir kişi mayın 13-də Moskvanın şimal-şərqində soyğuna məruz qaldığı barədə polisə şikayət ünvanlayıb. Zərərçəkmişin sözlərinə görə, yerli vaxtla saat 12.50-də naməlum şəxs "Hyundai Solaris" markalı avtomobilin sürücüsünün oturacağında oturmuş adamın üzünə qəflətən içində qeyri-müəyyən maye olan balonu püskürdüb. Sonra onun sol sifətinə iki zərbə endirib və əlindəki içində 4 milyon rubl olan pul kisəsini alaraq aradan çıxıb.

Cinayəti törədən şəxs gizlənib və hazırda axtarılır. İşsiz zərərçəkmişdən götürülən pulun mənbəyi də araşdırılır.

Xəbər lenti
0