Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Bir nöqtədə dayana bilmir, birini əldə edirsənsə, arxasınca başqa tələb gələcək

© Sputnik / Murad OrujovГорожане в центре Баку
Горожане в центре Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azadlıq ilk növbədə həqiqətin ifadəsinə bağlıdır. Əgər azadlıq carçısısansa, ilk növbədə öz nəfsinə qalib gəl. Amma bunu edə bilmirik

BAKI, 10 mart — Sputnik. İdeyalar dünyada sərhəd bilmədən dolaşır. Belə olub, belə də olacaq. Bir ideyanın yaranması, ölkədən ölkəyə yayılması zaman tələb etsə də, nəticədə onun həyatımıza necə təsir edəcəyi yalnız reallıqda bilinir. Köhnə paradiqmadan narazı olan kimsə bu gün ortaya yeni bir model qoyur və biz eyni ideyanın müxtəlif vəziyyətdə necə reallaşdığının şahidi oluruq.

Глава пресс-службы Генпрокуратуры Эльдар Султанов - Sputnik Azərbaycan
CƏMİYYƏT
Eldar Sultanov: "Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır"

Yunanlar daha mütəşəkkil, daha sərt tiraniya modellərinə uduzdular

Karl Marksın vaxtilə yaratdığı sosializm-kommunizm nəzəriyyəsi Sovet İttifaqında bir model yaratdı, İsveçdə isə tam başqa təcəssüm tapdı. Hələ də Çin, Vyetnam, Şimali Koreya və Kuba kimi ölkələrdə sistem olaraq kommunizm ideyası yaşamaqdadır. Skandinaviya ölkələrində isə daha çox sosial-demokratiya formasında özünü tapıb.

Hər ideologiyanın güclü, zəif tərəfi olur. SSRİ modeli ideologiyanın zəif tərəflərini tam üzə çıxartdı. Güclü ideologiya insanları birləşdirir, sonradan isə zəif tərəfləri aşkarlandıqca, tədricən iflasa uğrayar. Bəzən nə vaxtsa, dünyanı zəbt edən ideyalar tam yoxa çıxır, amma zaman ötdükcə tədricən yenidən dirçəlirlər. Demokratiya modeli vaxtilə Qədim Yunanıstan, Qədim Romada geniş yayılmışdı. Amma yunanlar daha mütəşəkkil, daha sərt tiraniya modellərinə uduzdular. Vaxtilə respublika olan Roma da imperiyaya çevrilmək məcburiyyətində qaldı. Amma imperiya da barbarların təzyiqindən dağıldı.

Sadə ideologiya kifayət qədər tərəfdaş toplaya bilib

İnternet dövründə ideyaları transfer eləmək daha da sadələşib. Hansısa bir ideya və ya hərəkat tədricən yarandığı yerdən dünyaya yayılmağa başlayır. Dini və ideoloji cərəyanlar rahatlıqla sərhədi keçib hər yerə yayılırlar. “7-ci günün adventistləri“ və “Yehovanın şahidləri” kimi xristian icmaları artıq dünyanın hər yerində yaradılıb. Hətta Azərbaycanda da bu dini cərəyanların yerli nümayəndəliyi var. Bəhai, Krişna dinlərinin, Mun kilsəsinin də Azərbaycan icmaları var. Post-sovet məkanında ən geniş yayılan dini cərəyanlar sırasında vəhhabi ideologiyası lider mövqedə qərarlaşıb. Birdən birə Azərbaycan, Şimali Qafqaz bölgələrində yayılan vəhhabilik ənənəvi islam təriqətlərini asanlıqla sıxışdırıb. Sadə, hamının anlaya bildiyi bir dildə yayılan ideologiya kifayət qədər tərəfdaş toplaya bilib.

Polis maşınları, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı polisi “Feminist qadınlara” xəbərdarlıq etdi

Azərbaycanın bir hissəsi də digər ideoloji təsir mexanizmləri ilə rastlaşıb. Sərhədlərin açılması, xaricdə təhsil imkanlarının genişlənməsi, müxtəlif konfrans və tədbirlərə qoşulmaq imkanlarının yaradılması həm də Qərbdən də bir çox ideyanın yayılmasına şərait yaradıb. Azərbaycana axınla gələn müxtəlif paketləri da qəbul etməyə məhkumuq. Yəni insanın fundamental azadlıqları, təhsil və səhiyyə xidməti almaq imkanının olması, 8 saatlıq iş, ildə bir dəfə istirahətə çıxmaq hüquqları nə qədər cazibəli görünsə də, bu paketin içində cinsi azlıqlara, eyni cinsdən olan insanların nikaha daxil olmasına, leqal narkotiklərin qəbuluna, nikahdan kənar seksual münasibətlərə dözümlü münasibət də daxildir.

20 dəqiqə siqaret çəkərək pivə içməklə millətə ağıl dərsi keçir

Bu paketlə gələn ideyaların təzahürünü Azərbaycanda artıq tam gücüylə müşahidə edirik. 8 martda Bakıda yerli feministlərin keçirdiyi aksiya həmin ideologiyanın real təzahürüdür. İllər öncə utanc doğura biləcək hər hansı bir hərəkət bu gün heç kimdə təəccüb doğurmur. Televiziya və internetdə aparılan təbliğat öz sözünü deyir. Əgər qədim Azərbaycan miflərində gəlin qayınatası onu başıaçıq gördüyünə görə daşa çevrilməsini arzulayırdısa, bu gün belə bir yanaşma gülüş doğurur. Əgər televiziya əhalinin çox hissəsini hər tip insana öyrətdisə, Qərbdən gələn bir çox ideya Azərbaycanda pis formada reallaşıb.

Olmazmı ki, biz Avropadan vergini vaxtı-vaxtında ödəmək, zibili ayırmaq, ictimai nəqliyyatda özünü düzgün aparmaq, növbə gözləmək, bir-birinə yalan deməmək kimi təqdirəlayiq qayda-qanunları qəbul edərdik? Əvəzində bir pis nəsə vardısa, hazırda onun üzərinə on da əlavə etmişik. Dünya dağılır elə bil.

Bir gənc azərbaycanlı xanım pozğunluğu tərənnüm edən plakatı əlində gəzdirir, şəkil o dəqiqə sosial şəbəkədə yayılıb müzakirə obyektinə çevrilir. Bir gün sonra isə bu xanım kamera qarşısında 20 dəqiqə siqaret çəkərək pivə içməklə millətə ağıl dərsi keçir. Sonra da “Bir azdan intihar edirəm, rahat olun, nə siz, nə də sizin kimilər mənə lazım deyil... Məhv olsun Patriarxat, yaşasın Feminizm!! Salamat qalın...” postunu yazaraq özünü binanın 3-cü mərtəbəsindən aşağı atır. Hazırda vəziyyəti orta ağırdır, reanimasiyada yerləşdirilib.

Cəsur qızlar kitabının təqdimatı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qadınlara yol verin: Azərbaycanda feminist olmaq nə deməkdir?

Günümüz içki məclisində, siqaret və marixuana tüstüsündə keçməlidir?

Sosial mediada daha nələr yazılmadı. Kimsə deyir, ay yazıq, kimsə deyir əcəb oldu, kimsə də deyir, yox, bu feminizm deyil, feminizm başqa şeydir.

Bu vəziyyətin dəhşəti elə bizim azadlıq və zorakılıq barədə yanlış təsəvvürlərimizə bağlıdır. Nədənsə biz azadlığı elə indiyəcən Mirzə Cəlilin Kefli İsgəndərinin gözü ilə görürük. Yəni dünyada min cür problem var, deməli, elə etiraz olaraq günümüz içki məclisində, siqaret və marixuana tüstüsündə keçməlidir? Ya mütləq eyş-işrət məclislərində hər gün bir partnyor dəyişməliyik? Birinin yatağından digərinə sürüşməliyik? Budur bizim azadlığımız?

Əlində “…, kimə istərəm verərəm” plakatı tutan birisi ora bir söz də əlavə etməlidir: “Kimi də istəsəm, yoluxduraram”. Bu dırnaqarası azadlıq paketində sağlam insana yer yoxdur. Qərb düşüncəsində belə bir iddia möhkəm oturuşub: əgər insan narkotik qəbul etmək istəyirsə, bu onun haqqıdır, əgər uşaq karyera qurmağa mane olursa, onun dünyaya gəlməsini 40 yaşından sonraya saxlamaq olar, bu da onun haqqıdır. İstəmirsə, abort eləmək də qadının haqqıdır. Tanımadığı, bilmədiyi bir kişidən uşağa qalıbsa, bu uşaq heç dünyaya gəlməsə də olar. Yəni azadlıq qəribə məfhumdur, heç vaxt bir nöqtədə dayana bilmir, birini əldə edirsənsə, arxasınca başqa tələb gələcək.

Özünə aid olan “həqiqəti” bir təcrübədən keçirt

Azadlıq ilk növbədə həqiqətin ifadəsinə bağlıdır. Əgər azadlıq carçısısansa, ilk növbədə öz nəfsinə qalib gəl, heç olmasa normal, sağlam düşüncədə yaşamağa çalış, narkotik və cinsi pozğunluqdan uzaq ol, özünə aid olan “həqiqəti” bir təcrübədən keçirt, gör doğrumu edirsən, ya yox. 40 yaşından sonra qadının dünyaya gətirdiyi uşaq tam mənada sağlam olmur, min cür dərd ilə anadan olur. Bu da bir həqiqətdir. Bunu da deməliyik. Azad olmaq istəyiriksə, azad vaxtımız olmalıdır, banklara borcumuz olmamalıdır, heç kimə borclu olmamalıyıq. Öz zövqümüzə uyğun geyinməli, bəyəndiyimiz insanla oturub durmalıyıq. Amma bunun heç birini edə bilmirik.

Bakı şəhər Baş Polis İdarəsi - Sputnik Azərbaycan
HADİSƏ
BŞİPİ: Qanunsuz küçə yürüşünün qarşısı alınıb

Bax, belə qorxulu bir nəsnədir bu ideya. Ya gərək əks-ideya ola, ya da yararsız ideyalar sıramızdan aparacaq çoxlarını. Qardaş qardaşa, oğul ataya, qızı anasına qarşı çıxacaq. Komsomol olduğuna görə Gəray bəy vaxtilə yaxın olduğu Şəkər bəyin oğlu Cəlalı güllələtdirəcək, məscidin qapısına it bağladığına görə Mirpaşa öldürüləcək.

Hərənin də üzü bir tərəfə baxacaq. Bir Avropaya, biri İrana, digəri isə Türkiyəyə yönlənəcək. “O olmasın, bu olsun”da olan kimi. Özündə olanı itirib başqasından da bir nəsə yararlana bilməyəcəyik. Parçalandıqca, parçalanacağıq.

Xəbər lenti
0