CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlara yol verin: Azərbaycanda feminist olmaq nə deməkdir?

© © Foto A.Axundova tərəfindən təqdim olunub"Cəsur qızlar" kitabının təqdimatı
Cəsur qızlar kitabının təqdimatı - Sputnik Azərbaycan
Abunə olmaq
Müsahibədən sonra biz şərhləri oxuduq və dəhşətə gəldik. Şərhlər bizə qarşı aqressivcəsinə köklənmiş insanlar tərəfindən yazılmışdı

Kəmalə Əliyeva, Sputnik Azərbaycan.

BAKI, 4 oktyabr — Sputnik. Bu günlərdə “Equals” ("Bərabərlər") təşəbbüsündən olan bir qrup gənc feminist uşaqlar üçün yazılmış "Cəsur Qızlar" kitabını təqdim edib. Kitaba Azərbaycanın tarixi şəxsiyyətlərinin və müasir qadınlarının həyatından bəhs edən 20 hekayə daxildir. İlahə Abbaslı və Aysel Axundova layihə və ölkədə feministlərə münasibət barədə Sputnik Azərbaycan-a danışıblar.

— "Cəsur Qızlar" kitabını buraxmaq ideyası haradan yarandı?

Силуэт женщины, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Hicaba və ərinin Rusiyaya getməsinə etiraz edən qadın rayonu ayağa qaldırıb

İlahə Abbaslı: “Equals” sosial təşəbbüsü 2016-cı ildə yaradılıb. Onun tərkibinə məndən əlavə Nəzakət Əzimli, Lüsi Vollverk və Zümrüd Cəlilova daxildir. Hər birimiz müxtəlif xarici ölkələrdə oxumuşuq, sonra vətənə qayıdıb işə düzəlmişik. Qayıdandan sonra başa düşdük ki, Azərbaycanda gender stereotipləri qadınların qabağa getməsinə mane olur. 1911-ci ildə Azərbaycanda ilk dəfə olaraq qadınlar üçün "İşıq" jurnalının çap olunması bizə motivasiya verdi. Maarifçi ideyaları təbli edən bu jurnal o dövrün ziyalı qadınlarını birləşdirirmiş. Biz düşünərək “Equals” təşəbbüsünü yaratmağa qərar verdik.

Biz müxtəlif qeyri-adi layihələr həyata keçirməyə başladıq: insanlar üçün öyrəşilməmiş yerlərdə filmlər göstərdik, Beynəlxalq Qadınlar gününə həsr olunmuş sərgilər, aksiyalar, poeziya gecələri və s. keçirdik. Əvvəlcə biz bloq yaratmaq istəyirdik, amma sonra "Cəsur Qızlar" kitabını çap etmək qərarına gəldik. Biz kitaba 10 tarixi və 10 müasir Azərbaycan qadını barədə hekayə topladıq. Onlardan hər biri fərqli peşənin sahibidir. Kitab İsveçrənin inkişaf və əməkdaşlıq agentliyinin dəstəli ilə çap edilib. Onun təqdimatı bu günlərdə Bakıda keçirildi və tezliklə Sumqayıtda və Bərdədə də təqdimat olacaq. Biz bəzi texniki səhvləri düzəltmək üçün kitabı təkrar çap etməyi planlaşdırırıq.

© © Foto A.Axundova tərəfindən təqdim olunub"Cəsur qızlar" kitabının təqdimatı
Cəsur qızlar kitabının təqdimatı  - Sputnik Azərbaycan
"Cəsur qızlar" kitabının təqdimatı

— Niyə kitab məhz uşaqlar üçün nəzərdə tutulub?

İlahə Abbaslı: İnsanların stereotipləri uşaqlıqdan formalaşır, ona görə də biz kitabı məhz uşaqlar üçün buraxmaq qərarına gəldik. Kitabımızdakı hər bir hekayə qəhrəmanlarımızın uşaqlıq və yeniyetməlik illərindən danışır. Bizim məqsədimiz balaca oxucularımıza uşaqlıqdan məqsədi formalaşdırmağın və ona doğru getməyin düzgünlüyünü aşılamaq idi. Lakin mən hesab edirəm ki, bu kitab yalnız uşaqlar üçün deyil, həm də müxtəlif yaşlı insanlar üçün maraqlı olacaq. Hətta bizim rəfiqələrimiz bu kitabı oxuyublar və onların xoşuna gəlib. Daha yaşlı auditoriya üçün biz əsasən filmlər göstərir, sərgilər təşkil edirik.

— Oxucular arasında kitaba maraq var?

Aysel Axundova: Bəli. Kitabın təqdimatında valideynlər öz övladları — oğlanları və qızları ilə bərabər iştirak etdilər. Demək istəyirəm ki, bizim kitab təkcə qızlar üçün deyil, həm də oğlanlar üçündür. Bizim məqsədimiz qadınların və kişilərin hüquqlarının bərabər olduğu dünya yaratmaqdır, ona görə də hər kəsə bu kitabı oxumağı məsləhət görürük.

Təqdimat zamanı biz balaca iştirakçılara müxtəlif peşə sahibləri olan insanları çəkməyi təklif etdik. Oğlanların çoxunun qadınları çəkməsi, həm də onları pilot, proqramçı kimi çəkməsi bizi sevindirdi. Bizim kitabımız satılmır. Biz onu ölkənin bütün bölgələrində yaymaq istəyirik. Bilirik ki, reaksiyalar həm müsbət, həm də mənfi olacaq. Lakin bizi tənqid edənlər başa düşməlidirlər ki, bu kitabla biz hamıya göstərmək istəyirik ki, ulu nənələrimiz əslində cəsur qadınlar olublar və tarixə öz nailiyyətləri ilə düşüblər.

Yatan qız, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qadın carəsi bilinməyən xəstəliyə tutuldu

— Mən bildiyim qədər sizin bütün komandanız feminist qızlardan ibarətdir. Bilmək istərdim ki, Azərbaycanda feminist olmaq nə deməkdir?

İlahə Abbaslı: Təəssüf ki, Azərbaycanda çoxları feminizmi qadınların hüquqları və kişilərin əleyhinə olan mübarizə kimi qəbul edirlər. Lakin bu anlayış doğru deyil. Feminizm bərabərlik və qadınlarla kişilər arasında bərabər hüquqlar uğrunda mübarizədir. Yəni, bu qadınlar tərəfindən cəmiyyət qarşısında kişilərlə eyni hüquqlar almaq üçün irəli sürülmüş haqlı tələbdir. Əvvəllər feministlər haqqında səhv düşüncəyə malik insanlarla tez-tez mübahisə edirdim. Lakin son zamanlar sadəcə onlar Vikipediya-dan link göndərirəm ki, özləri oxuyub hər şeyi başa düşsünlər. Lakin nə qədər başa salsaq da, çoxları bunu başa düşmək istəmirlər. Bu hərəkatın mahiyyətini başa düşmək üçün insanlar sadəcə feminizm barədə daha çox oxumalıdırlar. Dünyada artıq feminizmin dördüncü dalğası keçib, Azərbaycanda isə hələ də üçüncü dalğadayıq. Ölkədə kişilər və qadınlar üçün bərabər hüquq və imkanların dövlət zəmanətinə dair qanun mövcud olsa da, əksəriyyət bunu başa düşmür və etiraf etmək istəmir. Təəssüf ki, hər bir qız uşaqlıqdan müxtəlif stereotiplərlə qarşılaşır.

© © İllüstrasiya A.Axundova tərəfindən təqdim olunub"Cəsur qızlar" kitabının üz qabığı
Cəsur qızlar kitabının üz qabığı - Sputnik Azərbaycan
"Cəsur qızlar" kitabının üz qabığı

Aysel Axundova: Təəssüf ki, bərabər hüquqlar hətta ən proqressiv ölkələrdə belə yoxdur. Bu lokal yox, bütün dünyanın problemidir. Hesab edirəm ki, bütün ölkələr cəmiyyətlər onunla mübarizə aparmalıdırlar.

— İnsanlar tərəfindən şiddətli aqressiya ilə qarşılaşmısız?

Aysel Axundova: Mən tədbirlərimizdə insanların bizim layihələrə aqressiv reaksiya verməsini xatırlamıram.

İlahə Abbaslı: Yadımdadır, biz BBC telekanalına müsahibə vermişdik və buraxılış Beynəlxalq Qadınlar gününə həsr olunmuşdu. Müsahibədə biz sadəcə bu bayramın tarixindən danışmışdıq. Müsahibədən sonra biz şərhləri oxuduq və dəhşətə gəldik. Şərhlər bizə qarşı aqressivcəsinə köklənmiş insanlar tərəfindən yazılmışdı. Onlar yalnız bizim sözlərimizi deyil, həm də özümüzü, geyimimizi müzakirə edirdilər.

— Sizi tənqid edənlər arasında qızlar çoxdur, yoxsa oğlanlar?

Məşqçi Dilarə Əhmədova - Sputnik Azərbaycan
Ömrü boyu əzablara qatlaşan qadın: "Bunun ən böyük günahkarı qadın özüdür"

İlahə Abbaslı: Oğlanlar da tənqid edirlər, lakin naməlum səbəblərdən qızların sayı onlardan çoxdur.

— Azərbaycanda feminist çoxdur?

İlahə Abbaslı: Bəli. Əgər əvvəlcə onlar elə də çox deyildilərsə, indi qızların çoxu qadınların cəmiyyətdə diskriminasiyasına qarşı etiraz edirlər.

Aysel Axundova: Azərbaycanda feminist təşkilatları çoxdan mövcuddur. Bizim “Equals” təşəbbüsünün məqsədi isə gender bərabərliyinin müzakirəsi üçün platforma yaratmaqdır.

Xəbər lenti
0