SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məzahir Pənahov hesabat verdi, Konstitusiya Məhkəməsi müşavirəyə getdi

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Məzahir Pənahov qeyd edib ki, Milli Məclisə seçkilərdə seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 46,84 faizi səsvermədə iştirak edib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 mart - Sputnik. Parlamentə keçirilən növbədənkənar seçkilərdə 19 siyasi partiyanı, seçicilərin təşəbbüs qrupunu təmsil edən, həmçinin öz təşəbbüsü ilə seçkilərə qatılan 1637 nəfərin namizədliyi qeydə alınıb, onlardan 323 nəfəri qeydə alındıqdan sonra mübarizəni dayandırmaq qərarına gəlib və yekunda 1314 namizədin adı seçki bülletenlərinə daxil edilib.

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Konstitusiya məhkəməsi toplandı – Seçkilərinin taleyi həll olunur

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun iclası zamanı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O, çıxışında qeyd edib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi və 5573 seçki məntəqəsi üzrə keçirilib: “Bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bütün ölkə ərazisində 136-sı açıq, 136-sı qapalı olmaqla, ümumilikdə 272 yer ayrılaraq namizədlərin ixtiyarına verilib və deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb”.

MSK sədri bildirib ki, daxil olan müraciətlərin tam, şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli – Beyləqan seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb: “Bundan əlavə, sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq, ümumilikdə 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub”.

M.Pənahovun sözlərinə görə, Milli Məclisə seçkilərin müşahidəsinə 59 beynəlxalq təşkilat və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi qatılıb. Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə "exit-poll” keçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə təşkil ediblər. 

Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan
SİYASƏT
MSK parlament seçkiləri ilə bağlı yekun qərarını verdi

Məzahir Pənahov qeyd edib ki, Milli Məclisə seçkilərdə seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 46,84 faizi səsvermədə iştirak edib.

Bundan sonra Konstitusiya Məhkəməsinin Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirəyə gediblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir. İclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.

Xəbər lenti
0