CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Konstitusiya məhkəməsi toplandı – Seçkilərinin taleyi həll olunur

© Photo : REPORTAzərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası  - Sputnik Azərbaycan
Abunə olmaq
Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələ nəzərdən keçiriləcək

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 mart - Sputnik. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələ nəzərdən keçiriləcək.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

İclasda məruzəçi hakim Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

Xəbər lenti
0