SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK parlament seçkiləri ilə bağlı yekun qərarını verdi

© Sputnik / Murad OrujovЗдание Центральной избирательной комиссии Азербайджана
Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
MSK-nın keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi məsələsi müzakirəyə çıxarıb.

BAKI, 25 fevral - Sputnik. Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolu təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə bu gün qərar qəbul edib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi məsələsi müzakirəyə çıxarıb. Müzakirələrdən sonra fasilə verilərək protokol tərtib edilib. Protokol tərtib edildikdən sonra MSK üzvləri tərəfindən imzalanıb. 

Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib. 

Qeyd edək ki, ötən müddət ərzində MSK daxil olan şikayətləri araşdırıb və qərarlar qəbul edib. 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli), 80 saylı İmişli-Beyləqan seçki dairəsində (lider namizəd Çingiz Qənizadə) səsvermənin nəticələri ləğv edilib.

Beləliklə, MSK-nın yekun protokoluna əsasən, seçki dairələri üzrə deputat seçilmiş şəxslər aşağıdakılardır:

© Photo : APACədvəl
MSK parlament seçkiləri ilə bağlı yekun qərarını verdi - Sputnik Azərbaycan
Cədvəl
Xəbər lenti
0