CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya futbolunun əfsanəsi həbs oluna bilər

© AFP 2023 / NORBERTO DUARTEБывший бразильский футболист Роналдиньо Гаучо, фото из архива
Бывший бразильский футболист Роналдиньо Гаучо, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ronaldinyo bir müddət öncə vergidən yayındığına görə cərimələnmişdi. Belə ki, futbolçuya məxsus 18 mülkə görə uzun illərdir vergi ödənmir

BAKI, 5 mart — Sputnik. Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo həbs oluna bilər.

Александр Самедов (Россия) перед матчем группового этапа чемпионата мира по футболу между сборными Уругвая и России - Sputnik Azərbaycan
Azərbaycan əsilli futbolçu özünü yeni sahədə sınayacaq

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, İspaniya "Barselona"sının keçmiş ulduzu Paraqvayda yerli polislər tərəfindən saxlanılıb. Cənubi Amerika ölkəsində Ronaldinyonun həbsinə qərar imzalanıb. O, ölkəyə saxta sənədlərlə daxil olmaqda şübhəli bilinir.

Polis onun qardaşı ilə birlikdə qaldığı otelin otağında axtarış aparıb. Hazırda onların hər ikisi hüquq-mühafizə orqanlarının nəzarəti altında qaldıqları oteldə saxlanılır. Futbolçu Paraqvaya uşaqlar üçün pulsuz səhiyyə proqramını təqdim etmək üçün gəlib.

Ronaldinyo bir müddət öncə vergidən yayındığına görə cərimələnmişdi. Belə ki, futbolçuya məxsus 18 mülkə görə uzun illərdir vergi ödənmir. Bununla yanaşı o, göl ətrafında tikdirdiyi malikanəyə görə 20.2 milyon dollar dəyərində cərimələnib.

Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə futbolçu karyerasına son qoyub. O, 2003-2008-ci illərdə "Barselona"nın heyətində iki dəfə İspaniya çempionu, bir dəfə isə Çempionlar liqasının qalibi olub.

Xəbər lenti
0