Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan yığmasına məşhur türk məşqçi başçılıq edə bilər

© AFP 2024 / OZAN KOSEЭрсун Янал, фото из архива
Эрсун Янал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
AFFA nümayəndələrinin yaxın günlərdə İstanbul klubunun sabiq baş məşqçisi ilə danışıqlara gedəcəyi və rəsmi təklif göndərəcəyi gözlənilir.

BAKI, 5 mart — Sputnik, Teymur Tuşiyev. İstanbulun "Fənərbaxça" klubunun sabiq baş məşqçisi Ərsun Yanal futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi postuna namizədlərdən biridir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazıb.

Elxan Məmmədov  - Sputnik Azərbaycan
AFFA-nın vitse-prezidenti milli komandamızın şanslarından danışır

Nəşrin yazdığına görə, 58 yaşlı mütəxəssis "Fənərbaxça" klubunun baş məşqçisi postundan istefaya göndəriləndən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının diqqətini cəlb edib.

AFFA nümayəndələrinin yaxın günlərdə İstanbul klubunun sabiq baş məşqçisi ilə danışıqlara gedəcəyi və rəsmi təklif göndərəcəyi gözlənilir.

Daha əvvəl Azərbaycan yığması ilə işləmək üçün digər türk mütəxəssis Abdulla Avcıya təklif göndərilib. Lakin Avcı bu təklifdən imtina edib. Bundan başqa, Azərbaycan yığmasının baş məşqçisi postuna əsas namizədlərdən biri italyan mütəxəssis Canni De Byazidir (Giovanni de Biasi). De Byazi 2016-cı il Fransada keçirilən Avropa Çempionatının final mərhələsində Albaniya millisinin baş məşqçisi olub.

Yenə həmin dalğa, yenə həmin koordinat - Yox millimizin imzası Millətlər Liqasında

Ərsun Yanalın adı bu ilin yanvarında da Azərbaycan millisi ilə birgə anılmışdı. AFFA-nın həmin vaxt hazırladığı baş məşqçi postuna namizədlər siyahısında Oleq Kononov, Canni De Byazi, Branko İvankokiv, Luici di Baccio (Luigi di Biaggio), Abdulla Avcı və Sezar Prandelli (Cesare Prandelli) ilə birlikdə Ərsun Yanalın da adı vardı.

Azərbaycan millisi mart ayında Lixtenşteyn (26 mart) və Malta (30 mart) yığmalarına qarşı iki yoldaşlıq görüşü keçirəcək. Çox güman ki, bu zamana qədər komanda yeni baş məşqçi tapacaq.

2019-cu ilin dekabrında xorvat məşqçi Nikola Yuryeviç istefaya göndəriləndən Azərbaycan yığmasının baş məşqçisi postu boşdur.

Xəbər lenti
0