Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA-nın vitse-prezidenti milli komandamızın şanslarından danışır

Abunə olmaq
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyir ki, əsas məqsəd hər oyunda 3 xal qazanmaq olacaq
Elxan Məmmədov: “Bu cür qrupda yaxşı nəticə qazanmaq mümkündür”

“Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov federasiyanın rəsmi saytına açıqlamasında UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən deyib.

“Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”, -  deyə E.Məmmədov bildirib.

Elxan Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0