CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Virus, qaçaraq gələn işbazlar, oynayan müəllim, bir kisə yonca…

© REUTERS / ALY SONGСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Sonra savadlı həkim, bacarıqlı mühəndis, öyrətməyi bacaran müəllimlər arzulayacağıq. Tələbələrin kitabxanaya abunəlik qiymətini 30 dəfə qaldırmaq nümunəsi, analoqu olmayan presidentdir

BAKI, 2 mart — Sputnik. 7x7 həftənin yaddaqalan hadisələrini yazır

Adi virus, yoxsa siyasi silah?!

Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
TƏBİB-dən koronavirus açıqlaması

Ötən həftə də koronavirus həftənin baş mövzusu olaraq qaldı. Çində bu virusdan ölənlərin sayı 3000-ə yaxınlaşdı, xəstəliyin yayılma coğrafiyası genişləndi, ona ölkəmizdə də rast gəlindi, İrandan gələn rus vətəndaşının özü ilə bu virusu da gətirdiyi bildirildi. Məcbur qalıb, İranla sərhədlərimizi bağlamalı olduq.

Çox maraqlıdır, Çində tüğyan edən virus bir neçə gün içərisində Çin sərhədlərindən xeyli uzaqda yerləşən ölkələrin üzərindən keçərək İrana sıçradı və sürətlə kütləviləşməyə başladı.

Belə halda, sual yaranır – niyə məhz bu iki ölkə?! Ağıla gələn ilk cavab okeanın o biri üzünə aparır: ABŞ! Dünyanın ən böyük iqtisadi gücünə çevrilən Çin və Vaşinqtonun ən böyük siyasi başağrısına çevrilmiş İran – bu iki ölkəni birləşdirən bir məfhum var – ABŞ-ın “arzuolunmaz ölkə”lər siyahısı.

Oynamaq olmazmı?

Bakıda məktəbdə "Məsti Xumar" mahnısını oynayan müəllimin videosu həftənin ən çox müzakirə olunan mövzularından oldu. Sosial şəbəkələrdə əksəriyyət xanım müəllimi tənqid etdi, belə hərəkətin yolverilməz olduğunu bildirdi.

Qərb təhsilinə, standartlarına inteqrasiyanı prioritetləri sırasına çıxarmış cəmiyyətin müəllimin rəqs etməsinə belə mühafizəkar yanaşması, yumşaq desək, təəccüb doğurur. Müəllim yorğun olduğunu, stress atmaq məqsədi ilə oynadığını bildirib, həm də bunu iş vaxtı etmədiyini söyləyib. 

Qərbin ən qabaqcıl təhsil müəssisələrində, hətta dərs vaxtı belə bir rəqsin videosunu çəkib yayımlasan, o hadisəyə çevrilməyəcək, çevrilmir,  bizdə isə sosial media gündəmi olur, saytlar videonu və müzakirələri tirajlayır, Təhsil Nazirliyi müəllimi profilaktik söhbətə dəvət edir, Sputnik.az-ın köşə yazısında bu mövzuya diqqət ayrılır...

Sevgi məktubu - Sputnik Azərbaycan
Kanadadakı kitabxanada iki yüz ilin sevgi məktubları saxlanılır

Oxumaq bahalaşır?

Azərbaycan Milli Elmlər Akademiyası kitabxanaya abunəlik qiymətini 150 manata qaldırıb. Bu barədə universitet tələbələri sosial şəbəkələrdə yazaraq öz etirazlarını bildiriblər. Əvvəllər 5 manat olan abunəlik, sonradan 100 manata, indi isə 150 manata qaldırılıb.

Bəli, başa düşürük, AMEA işçilərinin əmək haqları aşağıdır və hansısa həllər axtarılır. Ancaq həll yolu tələbələrin kitabxanaya abunəlik qiymətinin qaldırılması olmamalıdır.

Sonra savadlı həkim, bacarıqlı mühəndis, öyrətməyi bacaran müəllimlər arzulayacağıq. Qiyməti 30 dəfə qaldırmaq nümunəsi, özü də bunun kitabxanadan istifadəylə bağlı edilməsi, sadəcə, yəqin ki, analoqu olmayan presidentdir.

Halva sizin evdə bişmirsə, şirindir...

Türkiyə ötən həftə Suriyada bir gündə 33 şəhid verdi, 36 hərbçi isə yaralandı. Türkiyəni matəmə boğan hadisəyə Azərbaycandan da emosional reaksiyalar gəldi, qardaş ölkəyə hər cür dəstək ifadə olundu.

Bir tərəfdə ABŞ və NATO-nun dəstək verdiyi Türkiyə, digər tərəfdə isə Rusiyanın dəstəklədiyi Suriya... Yaxın Şərqdə, əslində, olduqca arzuolunmaz, hətta hər an üçüncü dünya savaşına çevrilə biləcək güclərin toqquşması baş verir.

Nəticədə isə insanlar həyatını itirir... İstər türk olsun, istər suriyalı, istər rus, istər amerikalı... Şəhid olmuş türk əsgərin anasının bu cümləsi isə müharibələrin amansız dəhşətini ifadə edir: “Halva sizin evdə bişmirsə, şirindir”.

Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
FOTO
Bakıda maskalı adamlar: yeni dəb, yoxsa xəstələnməmək qorxusu

Virusdan qabaq gələn işbazlar

Biz daha çox resurslar hesabına yaşayan ölkəyik – bugünkü rifahımıza görə neftə borcluyuq, nəinki bilik və bacarıqlarımıza. Ancaq potensialımızın olmadığını demək də insafsızlıq olardı. Bütün imkanları maddiləşdirməyi pis bacarmırıq.

Məsələn, koronavirus ölkəmizə çatar-çatmaz işbazlar bundan yararlanmağa başladılar. Birincisi, tibbi maskaları və spirti yoxa çıxarıb, sonradan od bahasına satanlar. İkincilər isə Gigiyena və Epidemiologiya Mərkəzlərinin adından dezinfeksiya edən şirkətlərdir. Təbii ki, ödənişli. Bəli, XXI əsr biliklərdən çox, bacarıqlar əsridir.

Ərk edən oğru

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında və cari ilin fevral ayında rayon ərazisində 10 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanıldı. Əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq, oradan zinət və məişət əşyaları oğurlayıb.

Bu hadisəni həftənin digər kriminal olaylarından fərqləndirən odur ki, oğru polisə ifadəsində deyib ki, oğurluq üçün girdiyi evlərdən birində beş gün qalıb. O, gecələr oğurluq edib, gündüzlər isə ev sahibinin Rusiyada yaşamasından istifadə edərək orada qalıb. 

Görünür, Elfaq özünü ev sahibinə, necə deyərlər, “çox yaxın hiss edib”.

Üç faktordan biri

Вор взламывает дверь, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxtda əcaib qətl – Evi qarət edib, sonra yandırdılar

Oğuz rayonunda heç nədən qətl hadisəsi baş verib. Belə ki, qətlə yetirilən 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayev kənddə tingçiliklə məşğul olurmuş və kənd ərazisində ting satırmış. Qətl hadisəsini törədən Məsumov Zərgəm Məmməd oğlu isə səhər saatlarında həmin əraziyə bir kisə yonca bitkisinin toxumunu gətirərək satmaq istəyib. Z.Məsumov gətirdiyi yonca kisəsini E.Abdullayevin avtomobilinə söykəyib, bu isə E.Abdullayevin xoşuna gəlməyib. Tərəflər arasında mübahisə başlayıb və E.Abdullayev Z.Məsumovu söyüb. Z.Məsumov da evə gedərək, saxladığı of tüfəngini götürüb və geri qayıdıb, E.Abdullayevi güllələyib. E.Abdullayev hadisə yerində ölüb.

Əksər kriminal hadisələrin xarakterinə baxsaq, onların 3 səbəbdən qaynaqlandığı anlaşılır: Merkantil maraqlar, daha artıq və ya rahat maddi qazanc əldə etmə istəyi, ikincisi, seksual münasibətlər və yuxarıdakı hadisədə olduğu kimi eqonun doydurulması ehtiyacı.

Xəbər lenti
0