Pnevmaniyaya səbəb olan və ölümlə təhdid edən yeni təhlükəli virus artıq çoxdandır Çinin sərhədlərini aşıb. Bu günlərdə qonşu İranda da koronavirusa yoluxma və ölüm hallarının olduğu barədə xəbərlər yayılıb. Bu fonda Azərbaycanda tibbi maskalara və dezinfeksiyaedici vasitələrə ehtiyac həddindən çox artıb.
Əgər əvvəllər maskalı adamların şəkillərinə virusun yayıldığı ölkələrdən çəkilmiş kadrlarda rast gəlirdiksə, indi eyni mənzərəyə Bakı küçələrində də rast gəlmək mümkündür. Paytaxt sakinləri daha tez-tez ictimai yerlərdə qoruyucu tibbi maskalarda peyda olmağa başlayıblar.
Bu qəribə deyil: son məlumatlara əsasən, qonşu İranda artıq bu xəstəlikdən 16 nəfər ölüb, yoluxanlar arasında isə nazir müavini və deputat var. Ona görə də xəstəliyin Azərbaycanda da yayılma riski mövcuddur. Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma halının olmadığını desə də, əhali arasında təsdiqin tapmamış çoxlu sayda şayiə gəzir. Virusoloqların bu maskaların koronavirusdan 100% qoruya bilməyəcəyini iddia etməsinə baxmayaraq, son vaxtlar onlara tələbat ciddi şəkildə artıb və müəyyən mənada maska defisiti də yaranıb.
25 fevrala olan vəziyyət görə, dünyada 80 mindən çox insan koronavirusa yoluxub. Ölənlərin sayı isə sürətlə 3 minə yaxınlaşmaqdadır.