CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İslahatlar fonunda seçkilər: son onilliklərdə görünməmiş hadisə yaşandı

© Sputnik / Murad OrujovПарламентские выборы в Баку, 9 февраля 2020 года
Парламентские выборы в Баку, 9 февраля 2020 года - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda Milli Məclisə keçirilən seçkilərin qalibi yeni parlamentdəki mandatların yarısından çoxunu əldə etmiş hakim Yeni Azərbaycan Partiyasıdır

İlqar Vəlizadə, politoloq

BAKI, 26 fevral — Sputnik. Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri cəmiyyətin yeni ictimai-siyasi dinamika ilə əlaqəli gözləntilərinin özünü doğrultduğunu göstərdi. Azərbaycan siyasətində nəsillər dəyişikliyi baş verir və bunu səsvermənin nəticələri də təsdiqlədi. Beləliklə, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Milli Məclisin tərkibinin, demək olar ki, üçdə biri yenilənib. Bu, son onilliklərdə görünməmiş bir hadisədir.

Əhəmiyyətli bir fakt ayrı-ayrı məntəqələrdə və bir sıra seçki dairələrində səsvermənin nəticələrinin ləğv edilməsidir. Bu, seçkilərin ciddi rəqabət şəraitində keçdiyini, prosedur və digər qanun pozuntuları hallarının qaçılmaz olduğunu, səsvermənin nəticələrinə yenidən baxılması zərurəti yaratdığını göstərir.

Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan
SİYASƏT
MSK parlament seçkiləri ilə bağlı yekun qərarını verdi

Seçkidən bir ay əvvəl Azərbaycan jurnalistlərinin suallarını cavablandıran Prezident İlham Əliyev özü açıqca bildirmişdi: "Növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin". Eyni zamanda, dövlət başçısı seçkilərin ictimai nəzarətin başqa bir formasına çevriləcəyini qeyd edib: "Bəzi hallarda deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin".

Prezident həmçinin Azərbaycan xalqının hər şeyi yaxşı bildiyini qeyd edərək "xalqın gözü tərəzidir" atalar sözünü misal çəkib: "Azərbaycan xalqı layiqli nümayəndələrin seçilməsini təmin edəcək ki, bu nümayəndələr onların problemlərini dilə gətirsinlər, təklif versinlər. Belə olan halda, əlbəttə ki, məsələlər və problemlər daha məqbul formada öz həllini tapa bilər".

Cəmiyyət prezidentin seçkilərdə fəal iştirak etmək çağırışını dəstəklədi. Smartfonlarla "silahlanmış" bir çox insan səsvermə prosesini lentə almağa və sosial şəbəkələrdə material yerləşdirməyə başladı. MSK sədri Məzahir Pənahov seçicilərin fəallığından danışaraq, seçkilərin izlənməsi prosesində sosial şəbəkələrin rolunun vacibliyini vurğuladı. "Sosial şəbəkələrin imkanları böyükdür. Eyni zamanda, çox vacib bir məlumat mənbəyidir", - dedi.

Pənahov xüsusilə vurğuladı ki, sosial şəbəkələr olmasaydı, seçki məntəqələrinin 98%-də seçkilər yaxşı getməzdi. Bu təsadüfi deyil, çünki səsvermənin ilk günü və sonrakı günlərdə sosial şəbəkələrdə müəyyən namizədlərin lehinə pozuntular, hiddətləndirici mesajlar və digər qanunsuzluqların nümayiş olunduğu videomateriallar yayılmağa başladı. Nəticədə, seçkilərin ilkin nəticələrinə görə, yeni parlamentdə təmsil olunmaq şansı qazanan dörd namizəd digər namizədlərin MSK-ya etdikləri müraciətlərə, eləcə də seçicilərin səsvermə prosedurunda yol verilən və səslərin sayılması zamanı baş verən qanun pozuntularına dair materiallara diqqətlə baxıldıqdan sonra bu şərəfdən məhrum edildi.

Yeri gəlmişkən, bu, seçki prosesində daha bir yenilikdir. Seçicilərin fəallığı və namizədlərin israrlılığı MSK-nın hərəkətləri ilə birlikdə insanların seçki prosesinə münasibətinin dəyişməsinə şərait yaratdı. Qeyd etmək lazımdır ki, seçilməmiş namizədlərin bəziləri uzun illər parlamentdə təmsil olunurdular və onların xüsusilə son illərdəki fəaliyyəti bir çox suallar doğururdu.

Мазаир Панахов, председатель ЦИК Азербайджана - Sputnik Azərbaycan
SİYASƏT
"Bəziləri deyirlər ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir"

İndiki şəraitdə Prezident İlham Əliyevin danışdığı ictimai nəzarətin səmərəliliyi özünü tam şəkildə büruzə verdi. Azərbaycan parlamentində mandat qazanan yeni insanlar yerli böhran vəziyyətlərinin öhdəsindən gələ biləcək texnokratlar, menecerlər və daha doğrusu, böhran menecerləridir. Ölkəyə belə menecerlər lazımdır, onlar artıq kadr dəyişiklikləri nəticəsində icra orqanlarında meydana çıxdılar və indi də komanda oyununa rəhbərlik edəcək bir komanda formalaşdırmaq üçün qanunverici orqanda təmsil olunmalıdırlar. Yeni çağırış parlament sonrakı dəyişikliklər üçün zəruri olan qanunları qəbul etməyə çağırılır.

Müxalifətə və onun etirazlarına gəlincə, onlar ölkənin daxili siyasi həyatına ciddi təsir göstərə bilməyəcəklər və vəziyyəti gərginləşdirmək baxımından təhlükə yaratmırlar. Əhalinin əksər hissəsi dağıdıcı proseslərdə iştirak etmək istəmədiyi üçün sabitlik qorunur. Ümumiyyətlə, bir ölkədə siyasi qarışıqlıq yarananda istənilən cəmiyyətdə bu vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışan həm daxili, həm də xarici qüvvələr olur. Onlar bəzi mesajlar göndərir, bu proseslərdə iştiraklarını qeyd etməyə və təsir səviyyələrini nümayiş etdirməyə çalışırlar. Ancaq Azərbaycan vəziyyətində bu cür qüvvələrin ciddi sosial bazası yoxdur və bu cür etirazlar o qədər də ictimai dəstək qazanmır. İnsanlar onlara inanmırlar.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində qələbəni Milli Məclisdəki 125 yerdən təxminən yetmişini qazanan hakim Yeni Azərbaycan Partiyası qazanıb. Qalan yerləri bir sıra partiyaların nümayəndələri və müstəqil namizədlər tutublar. Seçkilərin rəsmi nəticələri 25 fevral 2020-ci ildə MSK tərəfindən elan edilib.

Xəbər lenti
0