CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bəziləri deyirlər ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir"

© Photo : APAМазаир Панахов, председатель ЦИК Азербайджана
Мазаир Панахов, председатель ЦИК Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar"

BAKI, 24 fevral — Sputnik. "Bəziləri deyirlər ki, Mərkəzi Seçki Komissiyasında hestapo rejimidir, Məzahir Pənahovun yanında Stalin toya getməlidir. Amma bunun heç bir əsası yoxdur".

Sputnik Azərbaycan bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bu sözlər həqiqəti əks etdirmir: “Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar. Həmçinin bizim işçilərlə də münasibətlərimiz çox səmimidir”.

Xəbər lenti
0