Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ümidimiz yenə “Beş manatlıq gəlin”ədir...

© AFP 2024 / SAFIN HAMEDНевеста, фото из архива
Невеста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya teatrları artıq öz səhnələrinə robotları, mikrobioloji canlıları, yadplanetliləri, teleportasiyanı çoxdan gətirib, bizim teatrımız da 70 ildir oynanılan əsəri yenilik kimi təqdim edir.

BAKI, 25 fevral — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı mart ayının 10-u, teatr günü münasibətilə yeni tamaşasının premyerasını keçirəcək. Söhbət “Beş manatlıq gəlin” tamaşasından gedir.

Danabaş kəndinin əhvalatları”   - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İki teatr birdən ona müraciət etdi

Bu tamaşa 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda teatrın repertuarında olub. İndi isə tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərovdur. Səhnə əsərinin librettosu Məmməd Səid Ordubadinin, musiqiləri Səid Rüstəmovundur.

Bu əski tamaşanın yeni və premyera kimi təqdim edilməsi kefimi bir az korladı. Yeni və premyera sözləri bu vaxtacan görünməmiş nəsnələri göstərən, təqdim edən hadisələrə deyilir. Musiqili Teatrda “Beş manatlıq gəlin” tamaşasının oynanılması nə yenilikdir, nə də premyera. Çünki Musiqili Teatr 70 ildir ki, eyni şeyi fərqli sözlərlə ifadə etməyə çalışır.

Sumqayıt teatrı uzun illərdən sonra monotamaşa təqdim edəcək

İl olub 2020. Nanotexnologiya, süni intellekt dövrüdür! Mədəniyyətin texnologiyaya və süni intellektə inteqrasiyası zamanındayıq. Dünya teatrları artıq öz səhnələrinə robotları, mikrobioloji canlıları, yadplanetliləri, teleportasiyanı çoxdan gətirib, indi yola salır. Daha mükəmməl axtarışlarla məşğuldurlar. Bizim Musiqili Teatr da başlayıb ki, bəs “Beş manatlıq gəlin” tamaşası olacaq, Ordubadinindir, Rüstəmov musiqilərini yazıb, dadına doymaq olmur.

Biri də o gün “Hamlet”i səhnələşdirməyi qələbə hesab edirdi. Məəttəl qaldım. Yadıma düşdü ki, 1907-ci ildə Hüseyn Ərəblinski Şekspirin “Otello”sunu səhnələşdirib, “artıq Azərbaycan teatrında da Avropa əsərləri oynanılır” deyib, zəfər çalmışdı. Yüz ildən çoxdur ki, bu regionun teatrları hələ də Avropa müəlliflərinin əsərlərini səhnələşdirməyi ən böyük məqsəd bilməkdən ötə tərəfə keçməyiblər.

Azərbaycanın Land of Fire komandası İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kubokunda - Sputnik Azərbaycan
İDMAN
İsveçrənin qarlı zirvələrində "Odlar Yurdu"nun hərarəti tamaşaçıları heyran etdi

Musiqili Teatr öz üslubu olan ölkədə tək teatrdır. Düzü, ölkənin ümumi teatr mühitinə baxanda Musiqili Teatrda yaradıcılıq mədəniyyəti, nisbətən, daha çox qorunur. Həm üslubu, həm keçmişi, həm də yetişdirdiyi əfsanəvi aktyor və aktrisaların siyahısı baxımından ölkə mədəniyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

Elə bu teatrın aparıcı səhnə ustası olan Afaq Bəşirqızının prezidentin mədəniyyət xadimləri ilə görüşündə səsləndirdiyi fikirlərdən sonra Musiqili Teatra Akademik statusu verildi və burada çalışanların maaşı xeyli miqdarda artdı. Afaq xanımın həmin çıxışından sonra ölkə başçısının göstərişi ilə bütün teatr adamlarının maaşları da artırıldı və burada Musiqili Teatrın kollektivi ikiqat qazanmış oldu. Təbii ki, əlavə olaraq hər teatrın büdcəsinə pul ayrıldı və buradan da Musiqili Teatrın büdcəsinə xeyli məbləğdə pul daxil oldu.

"Bu şəhərdə" Rusiyada rus tamaşaçıları da güldürdü

Bəs ayrılan maddi vəsait yaradıcılıq keyfiyyətində hansı dəyişikliyi etdi? Bu pullar elə ancaq “Beş manatlıq gəlin”ə çatdı? Hansı texnoloji avadanlıq gətirildi? Hansı ciddi yaradıcılıq müsabiqəsi, festivalı keçirildi? Hansı yeni tamaşalar hazırlandı və xarici səfərlərə göndərildi? Nə etdiniz axı? Necə yediniz teatrın haqqını? Sənətin və xalqın taleyi ilə oynamağı necə rahat bacardınız? Heç narahat olmadınız? Vallah, mən fikirləşəndə dodağımı çeynəyirəm, əllərim titrəyir, başım ağrıyır. Bəs siz necə rahat yaşayırsınız?

Mən də bu cür suallar içində dərin fikirlərə dalıram. Ümumiyyətlə, hərdən öz haqqımda düşünürəm ki, mən də bir tale yaşamadım bu dünyada. Hansı dərin hisslər və yüksək xəyallarla oturub yeni teatr nəzəriyyələri, aktyorluq metodları, pyeslər, dramaturji sistemlər fikirləşirəm, başımı qaldıranda görürəm ki, ölkənin iki akademik teatrının birində repertuardakı tamaşaların 70 faizinin quruluşu teatr rəhbərinin özünə məxsusdur, o birində də “Beş manatlıq gəlin”in premyerası. Allah heç kimlə belə zarafat eləməsin!

Xəbər lenti
0