Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nəhayət ki, xoş xəbər gəldi – Çin virusun dərmanını tapmaq üzrədir

© AFP 2024 / Nhac NguyenСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Kliniki nəticələr göstərir ki, qan plazmasının köçürülməsindən 12-24 saat sonra pasientlərdə kliniki simptomların yüngülləşməsi müşahidə olunur.

 

BAKI, 15 fevral — Sputnik. Çindən olan həkimlər yeni koronavirus (COVID-19) nəticəsində pnevmoniya olan xəstələrdə plazma köçürülməsi metodikasının tətbiqinə başlayıblar. Bu barədə Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir.

Сотрудники скорой помощи в Турции в медицинских масках, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dəhşətli virusun tüğyan etdiyi şəhərdən çıxan azərbaycanlılarla bağlı yeni xəbər

"China National Biotec Group" (CNBG) şirkətinin mütəxəssisləri bildiriblər ki, onlar terapevtik vasitələrin hazırlanması üçün bu virusdan sağalan bir neçə şəxsin qan plazmalarını götürüblər.

"Global Times" nəşri isə qeyd edir ki, bu metodun tətbiqi ilə ağır vəziyyətdə olan 10-dan çox pasienti sağaltmaq mümkün olub. Sağalan xəstələrin əksəriyyətinin orqanizmində virusu neytrallaşdırmağa imkan verən anticisimlər əmələ gəlir.

Kliniki nəticələr göstərir ki, qan plazmasının köçürülməsindən 12-24 saat sonra pasientlərdə kliniki simptomların yüngülləşməsi müşahidə olunur.

CNBG Uhan donor mərkəzi xəstəlikdən sağalan pasientləri digər xəstələrə yardım məqsədilə plazmaları vermələrini istəyir.

Xatırladaq ki, son 24 saat ərzində Çində yeni koronavirusdan ölənlərin sayı 1523 nəfərə çatıb. Bir gündə bu virusdan ölənlərin sayı 143 nəfər artıb.

Ümumilikdə Çində bu virusa yoluxanların sayı 66492-ə çatıb. Bir gündə bu xəstəliyə yoluxanların sayı 2641 nəfər artıb.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Hətta həkimlər də bu virusdan qoruna bilmirlər, ölənlər var

Qeyd edək ki, ötən gün Çinin Səhiyyə üzrə Dövlət Komitəsinin sədrinin müavini Çzen İsin bildirib ki, fevralın 11-i bütün ölkə ərazisində 1716 tibbi işçisi yeni növ koronavirusun formalaşdırdığı pnevmoniyaya yoluxub ki, bu da ümumilikdə bu xəstəliyə yoluxanların 3,8%-ni təşkil edir: "Çox təəssüf ki, onlardan 6-sı vəfat edib, bu göstərici isə ümumi xəstəlikdən ölənlərin 0,4%-ni təşkil edir".

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Xəbər lenti
0