BAKI, 15 fevral — Sputnik. Çinin Uhan şəhərindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları bu gün Ankarada yerləşən xəstəxanadan buraxılıblar.
Sputnik Azərbaycan xəbər verir ki, 6 Azərbaycan vətəndaşının 14 günlük karantin müddəti dünən başa çatıb. Onlar bu gün Bakıya gələcəklər.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus ambulans-təyyarə fevralın 1-də Uhandan 42 nəfəri təxliyə edib. Onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, yekun müayinələrə əsasən onların heç birində virus aşkarlanmayıb.