BAKI, 14 fevral — Sputnik. Çində yeni növ koronavirusa yoluxan tibbi işçilərinin sayı 1700-ü keçib. Onlardan 6-sı xəstəlikdən ölüb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Çinin Səhiyyə üzrə Dövlət Komitəsinin sədrinin müavini Çzen İsin bildirib.
"Fevralın 11-i bütün ölkə ərazisində 1716 tibbi işçisi yeni növ koronavirusun formalaşdırdığı pnevmoniyaya yoluxub ki, bu da ümumilikdə bu xəstəliyə yoluxanların 3,8%-ni təşkil edir. Çox təəssüf ki, onlardan 6-sı vəfat edib, bu göstərici isə ümumi xəstəlikdən ölənlərin 0,4%-ni təşkil edir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Çində yeni koronavirusdan ölənlərin sayı 1380 nəfərə çatıb. Bu xəstəliyə yoluxanların sayı isə 63 918 nəfərə yüksəlib.
Ümumilikdə Çində bu virusa yoluxanların sayı 63851-ə çatıb.
Bu arada Çindən kənarda koronavirusa yoluxanların sayı 505-ə çatıb. Onlardan ikisinin öldüyü bildirilir. Virusa yoluxanların sayına görə Çindən sonra Yaponiya (251 hal), Sinqapur (58 hal) və Tailand (33 hal) gəlir.