Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Qaz armageddonu": nə baş verir?

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidТрубы на заводе по производству сжиженного газа, фото из архива
Трубы на заводе по производству сжиженного газа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qazın hazırkı qiyməti bazar iştirakçılarında narahatlıq yaratmaya bilməz. Aşağı spot qiymətləri artıq elə bir vəziyyətə gətirib çıxarıb ki, şirkətlərin əksəriyyəti tam xərclərini maye qaz istehsalı ilə ödəyə bilmirlər

BAKI, 12 fevral — Aleksandr Sobko, Sputnik. Qlobal qaz bazarında misli görünməmiş bir vəziyyət hökm sürür. Və bu heç də mübaliğə deyil. Asiyada hazırda maye təbii qaza (MTQ) bundan əvvəl heç vaxt müşahidə olunmamış spot (yəni birja) qiymətləri qoyulur: kotirovkalar psixoloji əhəmiyyətli 1 milyon BİV (Britaniya İstilik Vahidi) üçün 3 dollar səviyyəsinə çatıb ki, bu da min kubmetrə təxminən 105 dollara bərabərdir. Avropada isə birja qiymətləri bundan da aşağıdır — 95 dollar səviyyəsində.

Строительство газопровода Северный поток-2, фото из архива - Sputnik Azərbaycan
ABŞ Avropanı bahalı maye qaz almağa məcbur edə biləcəkmi?

Bu cür vəziyyətin yaranmasına bir neçə amil səbəb olub: buraya həm Şimal yarımkürəsinin, demək olar ki, bütün regionlarında izlənən çox isti qış, həm yeni istehsalatların işə salınması ilə MTQ bolluğunun yaranması, həm də Ukraynadan qaz tranziti böhranına hazırlıqlar səbəbi ilə Avropanın qaz anbarlarının həddindən artıq doldurulması daxildir. Bütün bunlarla yanaşı, Çində iqtisadi fəallığın kəskin şəkildə azalmasına səbəb olmuş koronavirus yalnız qaz bazarına deyil, həm də bütövlükdə xammal bazarındakı vəziyyətə təsir göstərib.

Bununla bərabər, qiymət mənzərəsi bazar iştirakçılarında narahatlıq yaratmaya bilməz. Aşağı spot qiymətləri artıq elə bir vəziyyətə gətirib çıxarıb ki, şirkətlərin əksəriyyəti tam xərclərini (buraya kapital xərcləri də aiddir) maye qaz istehsalı ilə ödəyə bilmirlər. Lakin cari qiymətlərlə istehsalçıların bir çoxu hətta əməliyyat xərclərini də ödəyə bilmirlər. Nəzəriyyədə satış qiyməti əməliyyat xərclərindən azdırsa, ixrac dayanmalıdır. Doğrudur, hələ ki, bu baş vermir.

Bu arada, okeanın o biri tayında da maye qaz ixracına nəzər yetirməyə dəyər. Amerikanın MTQ ixracatı dayanmır (lakin artıq buna yaxındır). Bunun yeganə səbəbi odur ki, Amerika bazarında da qiymətlər hazırda aşağıdır (bu bazar olduqca təcrid edilmiş vəziyyətdədir və buna görə də orada qiymətlərin düşməsi ölkədaxili bir məsələdir, yəni ümumdünya qiymətlərinə çox az bağlıdır).

Amerikanın "Henry Hub" qaz paylanması qovşağında qiymətlər 1 milyon BİV üçün 1,8 dollara düşüb. Əslində bu əsas şist qaz hasilatçılarının maliyyə nəticələrini dibindən vurur. Lakin bu cür ölkə daxili qiymətlərə baxmayaraq, dünya üzrə hazırkı qiymətlərinin mövcudluğu şəraitində Amerikanın da ixracatı rentabelliyini itirmək həddinə yaxınlaşıb.

Rusiya "Şimal axını-2" qaz kəmərini özü tikib başa çatdıracaq – ekspert>>

Təkcə onu demək kifayətdir ki, amerikalı hasilatçıların qazdan az-çox qazanc əldə edə biləcəkləri ədalətli qiymət 1 milyon BİV üçün 3 dollar təşkil edir. Bir daha qeyd edək: hazırda MTQ-nin Asiyada qiyməti təxminən bu qədərdir. Avropada isə daha da ucuzdur. Amerikanın təbii qazını isə hələ mayeləşdirmək və daşımaq lazımdır. Bundan başqa, əlavə xərclər və treyderlərin mənfəəti məsələsi də var.

İqtisadi nəzəriyyədə deyilir: belə bir şəraitdə hasilatçılar yeni investisiyalardan çəkinməlidirlər ki, bu da nəticədə bazarı tarazlaşdıracaq. Xatırladaq ki, keçən il (üç illik fasilədən sonra) yeni MTQ zavodlarının yaradılması üçün misli görünməmiş yatırımlar edilirdi – mayeləşdirmə həcminin ildə təxminən 90 milyard kubmetrə çatdırılması nəzərdə tutulurdu. Bəs rekord dərəcədə aşağı qiymətlərin fonunda bu il kütləvi yatırımlar olacaqmı? Yoxsa şirkətlər yenə fasilə götürəcəklər?

Bütün bunları deyib çox əhəmiyyətli bir məqamdan yan keçmək olmaz. Yuxarıda deyilənlərin hamısı MTQ-nin spot qiymətlərinə aiddir. Neftin qiymətinə bağlanmış MTQ-nin isə qiyməti nəzərəçarpacaq dərəcədə yüksəkdir.

Məsələn, yanvarda Asiyada MTQ-nin orta spot qiyməti hələ 4,7 dollar olduğu halda, onun neftə bağlanmış qiyməti 1 milyon BİV üçün 9 dollar səviyyəsində idi. Belə bir qiymət istehsalçıların əksəriyyətinin bütün xərclərini tamamilə ödəyir.

Demək olar ki, neftin bir bareli 60 dollar olsa belə, Asiyada maye qazın qiyməti 1 milyon BİV üçün təxminən yeddi dollar olacaq. Bu qiymət istehsalçıların əksəriyyəti üçün də məqbuldur və cari spot qiymətlərindən iki dəfə çoxdur.

Lakin istənilən halda, son illər ərzində biz həm neft, həm də qaz bazarında bir-birinə əks olan vəziyyətləri müşahidə edirik. Neft bazarında OPEC+ koalisiyası yaranıb ki, o da qiymətləri lazımi səviyyədə qoruyub saxlayır. "Qaz OPEC"inin yaradılması isə hazırkı şəraitdə olduqca çətin görünür (əksinə, hazırda söhbət qiymət müharibələrindən və bazar payının qorunmasından gedir). Buna görə də bolluq şəraitində qiymətlər aşağı düşür.

“Türk axını” işə düşdü: Bəs, qazın qiymətləri necə olacaq?  - Sputnik Azərbaycan
VİDEO
"Türk axını" işə düşdü: Bəs qazın qiymətləri necə olacaq?

Əlavə problem ondan ibarətdir ki, neftdən fərqli olaraq qaz, xüsusilə də maye qaz ehtiyatlarını saxlamaq və yaratmaq çətindir.

Bundan əlavə, MTQ bazarında mənzərə çox rəngarəngdir: burada, eyni zamanda, qazı alan və satan treyderlərin bolluğu, eləcə də Amerikadakı daxili qiymətlərə bağlı olan üçüncü qiymət növü müşahidə olunur. Bununla belə, spot qazı bazarın artıq dörddə birindən çoxunda, hətta üçdə birində dominantlıq edir. Qaz qiymətinin neftin qiymətinə bağlanması metodu isə xüsusilə bazarın Asiya sektorunda üstünlük təşkil edir.

Yekunlaşdıraq.

Birincisi və əsası: əlbəttə ki, spot qiymətlərinə diqqət yetirmək lazımdır. Lakin yadda saxlamaq lazımdır ki, neftin qiymətinə bağlı müqavilələrin payı da kifayət qədər böyükdür.

İkincisi, MTQ qiymətinin neftin qiymətinə bağlanması metodunun çatışmazlıqlarına baxmayaraq OPEC+ razılaşmalarının və az-çox sabit olan neft qiymətinin hesabına qaz bazarı da sabitləşə bilər. Uzunmüddətli perspektivdə, bazarın bütün iştirakçıları bundan faydalanacaqlar, çünki həddindən artıq istehsalın və dəyişən defisitin yaratdığı qiymət "yelləncəkləri" nəticədə heç kimə lazım deyil.

Bütün bunların fonunda nəzərdə tutulmuş MTQ layihələri üzrə müqavilələr təhlil üçün maraqlı mövzu olaraq qalır. Satıcılar yeni müqavilələrdə spotun payını artırmağa razı olacaqlarmı? Yoxsa alıcılar qazın qiymətini neftin qiymətinə bağlamağa üstünlük verəcəklərmi?

Bütün bunları yalnız gözləyib müşahidə etmək lazımdır.

Xəbər lenti
0