Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya "Şimal axını-2" qaz kəmərini özü tikib başa çatdıracaq – ekspert

© Sputnik / Ilya Pitalev / Mediabanka keçid"Şimal axını – 2" qaz kəmərinin tikintisi
Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
"Allseas" şirkətinin layihədə iştirak edib-etməməsindən asılı olmayaraq boru artıq bu il istifadəyə veriləcək

BAKI, 9 yanvar — Sputnik. Rusiya "Şimal axını-2" qaz kəmərinin tikintisini özü başa çatdıracaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Energetika İnstitutunun baş direktoru Sergey Pravosudov "İzvestiya" qəzetinə deyib.

O, həmçinin deyib ki, İsveçrənin "Allseas" şirkəti layihədə işinə qayıda bilər.

"Əgər bu baş verməsə, Rusiya Federasiyasının suyun altında boru tikintisi üçün öz gəmisi – "Akademik Çerski" var", - ekspert bildirib.

Qeyd olunur ki, "Allseas" şirkətinin layihədə iştirak edib-etməməsindən asılı olmayaraq boru artıq bu il istifadəyə veriləcək.

ABŞ Prezidenti Donald Tramp 2019-cu il dekabrın 20-də "Şimal axını-2" və "Türk axını" qaz boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan müdafiə büdcəsini imzalayıb.

ABŞ podratçı şirkətlərdən boru tikintisini dərhal dayandırmağı tələb edib. "Şimal axını-2" boru xəttini çəkən "Allseas" işlərini dayandırıb.

 

Xəbər lenti
0