Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Türk axını" işə düşdü: Bəs qazın qiymətləri necə olacaq?

Abunə olmaq
Həcminə görə bütün əvvəlki qaz boru kəmərlərini geridə qoyan “Türk axını” artıq işə düşüb. Onun tikintisi belə, rekord müddətə başa çatıb – 3 ildən daha az. Daha ətraflı videomuzda izləyin.

Qaz kəmərinin təntənəli açılışı İstanbul şəhərində baş tutub. Tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Aleksandr Vuçiç, həmçinin Bolqarıstanın Baş Naziri Boyko Borisov iştirak ediblər.

“Türk axını” Qara dənizin dibi ilə keçərək Rusiyanın ərazisindən Türkiyə sahillərinə qədər çatır. Daha sonra isə müəyyən ölkələrin sərhədlərinə qədər quruda borular çəkilib. Beləliklə, qaz oradan Yunanıstan, Şimali Makedoniya və Bolqarıstana ixrac edilir. Az bir zamanda isə “Türk axını” ilə gedən qaz Serbiya və Macarıstana da çatacaq. “Qazprom” iddia edir ki, mavi yanacaq ehtiyatları borunu 100 ildən çox müddətə təmin etməyə kifayət edəcək.

“Türk axını”nın bütün region üçün əhəmiyyəti barədə isə videomuzda danışacağıq.

Xəbər lenti
0