Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çindən məhsul idxalına qadağa – Bəlasını yenə biz çəkəcəyik

Abunə olmaq
"Çin faktiki olaraq dünyanın istehsal meydançasıdır. Hazırda dünya iqtisadiyyatında Çinin əvəzolunması heç 5 ilə də mümkün deyil, çünki istehsal zəncirləri uzun müddət ərzində formalaşıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib. AQTA respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çindən ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulmasını qərara alıb.

 Ученый в лаборатории, фото из архива  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qurumlar virusla bağlı birgə məlumat yaydı - Ehtiyatlı olun!

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub. Bundan başqa, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi koronavirus təhlükəsi ilə əlaqədar Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görüb.

Bəs, koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyulması Azərbaycanda bazarda qiymətlərə təsir edə bilərmi?

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, Çindən bir sıra məhsulların idxalına qadağa qoyulması ölkəmizdə bazarda qiymətlərə təsir edə bilər: "Biz bir daha idxaldan asılılığın ölkə iqtisadiyyatının dayanıqlı inkişafına necə mənfi təsir göstərməyinin şahidi oluruq. Çin məhsullarının Azərbaycanda istehlakı və Çin məhsullarının alınması kifayət qədər irihəcmlidir. Azərbaycan daxili bazarının, o cümlədən istehlak bazarının Çin məhsullarından asılılığı yüksəkdir. Eyni zamanda real sektordakı istehsala da nəzər salsaq, görərik ki, təkrar istehsal üçün istifadə olunan Çin məhsullarından asılılıq yüksəkdir".

Onun sözlərinə görə, əgər Çindəki proseslər daha da dərinləşsə, burada problemlərin olacağı şübhəsizdir: "Amma bununla yanaşı, Çində virusla bağlı vəziyyətin kəskinləşəcəyini hesab etmirəm. Çox böyük ehtimalla burada süni ajiotaj və iri farmakoloji şirkətlərin maraqlarından çıxış etmə məsələsi var. Digər tərəfdən, Çin iqtisadiyyatı dünyada ən böyük iqtisadiyyatlardan biridir və belə olan halda Çinə qarşı rəqabət kəskindir. Çinə qarşı ticarət müharibələri, indi bu virus çox güman ki, bir-birinə bağlı məsələlərdir. Amma Çinin iqtisadiyyatı və iqtisadi idarəetmə modeli kifayət qədər dayanıqlıdır. Ona görə də hesab edirəm ki, bu, müvəqqəti məsələdir. Amma bu məsələ gündəlikdə olan dövrdə Çinlə iqtisadi cəhətdən əlaqəsi olan ölkələr, o cümlədən Azərbaycan bu prosesin fəsadlarını hiss edəcək".

Dəhşətli virusun qurbanları sürətlə artır – Xəstəlik daha bir ölkəni vurdu

"Çin faktiki olaraq dünyanın istehsal meydançasıdır. Hazırda dünya iqtisadiyyatında Çinin əvəzolunması heç 5 ilə də mümkün deyil, çünki istehsal zəncirləri uzun müddət ərzində formalaşıb. Çindəki istehsal prosesinin mükəmməlliyi o səviyyədədir ki, başqa istehsalçılardan məhsulları alsaq, qiymətlər tam fərqli olacaq və bu da daxili bazara təsir edəcək", – deyə ekspert qeyd edib.

Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov Sputnik Azərbaycan-a açıqlamasında, deyib ki, Çindən gətirilməsi qadağan edilən məhsulların digər ölkələrdən alınması imkanları varsa, sahibkarlar onu alacaqlar: "Əgər sözügedən məhsulların digər ölkələrdən gətirilməsi imkanları yoxdursa, bu, bazarda qiymətlərə təsir edə bilər, ehtimal var. Amma Çindən ölkəyə gələn mallar Türkiyədən də, Rusiyadan da gəlir".

Люди в медицинских масках - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölümün cəngindən qaçan tələbə: "Virusun olduğu şəhərlərdəkilər geri dönə bilmirlər" - FOTO

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn "2019-nCoV" koronavirus xəstəliyi dünyanın bir sıra ölkələrinə yayılmaqdadır. Koronavirusun ilk yoluxan insanlara birbaşa heyvanlardan keçdiyi müəyyən olunub. Bununla əlaqədar olaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliyin olduğu ölkələrdən gətirilən diri heyvanlar, heyvan mənşəli məhsullar və dəniz məhsullarının digər ölkələrə girişinə xüsusi nəzarət tədbirlərinin gücləndirilməsi məsləhət görülür.

Xatırladaq ki, yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib. Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

Virus xaosu: Etirazçılar koronavirus xəstələrinin binasına od vurdular - VİDEO

Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş bir sıra tədbirlərin görülməsi haqda qərar qəbul edilib.

Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.

O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.

Xəbər lenti
0