BAKI, 29 yanvar — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı əhaliyə tövsiyələri açıqlayıb. Sputnik Azərbaycan qurumların birgə məlumatını təqdim edir:
Özünüzü və başqalarını xəstəlikdən qoruyun
• Əllərinizi yuyun
öskürdükdən və asqırdıqdan sonra
xəstələrə qulluq edərkən
yemək hazırlayərkən, əvvəl və sonra
yeməkdən əvvəl
tualet istifadəsindən sonra
əllər vizual olaraq çirkli göründükdə
heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra
vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun.
Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin.
• Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün
İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın
Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun
Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin
Qida təhlükəsizliyinə riayət edin
Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin
Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun
Xəstə və ölü heyvanlar yeyilməməlidir
Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər
Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun.
Gözlərə, burun və ya ağzınıza toxunmayın
Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin
Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin
Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin
Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin
İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın
Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin
Koronavirus infeksiyası riskini azaldın:
Ət məhsullarını və yumurtanı tam bişirin
Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin.