23:51 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
174210

Yoluxma riskini azaltmaq üçün şəhər rəsmiləri binadan koronavirusa yoluxmaqda şübhəli bilinən şəxsləri, habelə ailələrini yoluxdurmaqdan narahat olan tibb işçilərini yerləşdirmək üçün istifadə etməyi təklif ediblər

BAKI, 27 yanvar — Sputnik. Honkonqda qəzəbli etirazçılar koronavirus xəstələri üçün karantin zonası kimi təyin edilmiş boş yaşayış kompleksinə benzin bombaları ataraq binada yanğına səbəb olublar.

Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, binaya bazar günü gecə saatlarında Molotov kokteylləri ilə hücum edilib. Qeyd edilir ki, şəhərdə artıq altı koronavirusa yoluxma faktı təsdiqlənib. Yoluxma riskini azaltmaq üçün şəhər rəsmiləri digər tədbirlər sırasında sözügedən binadan koronavirusa yoluxmaqda şübhəli bilinən şəxsləri, habelə ailələrini yoluxdurmaqdan narahat olan tibb işçilərini yerləşdirmək üçün istifadə etməyi təklif ediblər.

Lakin onlarla qəzəbli yerli sakin və etirazçı kompleksin ətrafında yol maneələrinin quraşdırılmasına qarşı çıxıb və binalara Molotov kokteylləri atıblar. Çevik polis qüvvələri onlara qarşı gözyaşardıcı qazdan istifadə etməli olub.

"South China Morning Post" nəşri hadisənin videogörüntülərini "Twitter" səhifəsində paylaşıb.

Lakin sosial şəbəkələrdə yayılan bəzi görüntülər vəziyyətin daha tükürpərdici olduğunu göstərir. Belə ki, "Twitter"də yerləşdirilmiş videogörüntülərdən birində iddia olunur ki, Çinin yeni koronavirusa qarşı dezinfeksiya olunmuş bəzi kəndlərinin sakinləri yad şəxslərin kəndlərinə daxil olmasına mane olurlar.

Kadrlardan görmək olar ki, kənd sakinləri əllərində böyük dəyənəyə bənzər taxta parçası və ya süpürgə ilə yad şəxsləri qorxudaraq öz kəndlərindən uzaq tutmağa çalışırlar.

Əlaqədar

Koronavirusun yayıldığı bölgələrdə azərbaycanlı tələbələr var
Dünyanı qorxudan açıqlama: 90 min adam virusla mübarizə aparır
Amerika və Çin alimləri əl-ələ verdi - Koronavirusa qarşı
Virus can almağa davam edir – Ölü sayı durmadan artır
Azərbaycandan Çinə uçuşlar dayandırılır

Əsas mövzular