SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Umud Mirzəyev: “Sputnik Estoniya-ya qarşı davranışı kəskin pisləyirik”

Abunə olmaq
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyir ki, beynəlxalq səviyyədə jurnalist cameəsinin üzləşdiyi bu cür problemlər kəskin şəkildə tənqid olunur
Umud Mirzəyev: “Jurnalistlərlə ultimativ danışıq beynəlxalq qanunlara uyğun deyil”

Estoniya hökuməti Sputnik Estoniya-nın əməkdaşlarını əgər 1 yanvar 2020-ci il tarixinə qədər "Rossiya seqodnya" BİA-da iş fəaliyyətlərini dayandırmasalar, cinayət məsuliyyətinə cəlb etməklə hədələyir. Bu barədə məlumatı agentliyin mətbuat xidməti yayıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Sputnik Azərbaycan-a deyib ki, jurnalistlərə qarşı bu cür davranış kəskin pislənilir:

“Beynəlxalq səviyyədə jurnalist cameəsinin üzləşdiyi bu cür problemlər kəskin şəkildə tənqid olunur. Söz azadlığı insan azadlığının təməl prinsiplərindəndir. Ola bilər ki, hansısa jurnalistin fəaliyyətində şübhəli məqamlar olsun. Ancaq bunu bütün kollektivə aid etmək yolverilməzdir. Məsələlərin ultimativ şəkildə həllinə nail olmağa çalışmaq nə beynəlxalq qanunlara, nə də Estoniyanın öz qanunlarına uyğundur”.

Umud Mirzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0