CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı dairələşsə.., yaxud Atatürk planının bizdə icrası mümkündürmü?

© Sputnik / Murad OrujovАвтомобильное движение в Баку
Автомобильное движение в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert bildirir ki, bu gün Bakıda əhali sıxlığı çox olduğu üçün daha hündür binalar inşa olunur, torpaq qıtlığı müşahidə edilir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Ekoloji sağlamlıq, tıxacların azalması, yaşıllıqların sayının daha da artırılması və şəhərin vahid gözəl bir mənzərəyə sahib olması üçün müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də Danimarkada reallaşıb.

Вид на Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda Mərkəzi rayonun yaradılacağı ərazilər açıqlandı

Belə ki, Danimarkanın Brondby Garden City kəndi ecazkar görünüşü ilə diqqət çəkir. Adıçəkilən kənddə layihənin icrasına ötən əsrin 60-cı illərindən etibarən başlanılıb.

Əslində isə bu layihə hələ 1937-ci ildə ilk dəfə olaraq ideya kimi Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk tərəfindən dairəvi yaşayış məskənləri layihəsi kimi irəli sürülüb.

Maraqlıdır, Azərbaycanda da şəhərsalmada bu təcrübədən yararlanmaq olarmı?

Tikinti üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında ilk öncə Atatürk layihəsindən danışıb: "İdeya olaraq Mustafa Kamal Atatürk tərəfindən irəli sürülən və Danimarkada reallaşan layihə təqdirəlayiqdir. Ümumiyyətlə, şəhər planlamasında yaşayış sahəsi 80-250 hektaradək ərazini əhatə edir. Burada müxtəlif mikrorayonlar yerləşir. Azərbaycanda da mikrorayonlar oxşar bir konsepsiya üzərində yaranıb. Mikrorayonun daxilində müəyyən sıxlıq əmsalı ilə yerləşən binalar var".

"Şəhərsalmanın özünəməxsus standartları var. Bu standartlardan biri də odur ki, yaşayış binaları ilə bağçalar arasında məsafə 500 metrdən, məktəblərarası məsafə isə 750 metrdən artıq olmamalıdır. Bu standartlara görə, 10 min nəfər əhaliyə bir poliklinika olmalıdır. Lakin əhalinin sıxlığı çox olduğundan bəzi ərazilərdə bu normativlər gözlənilmir. Normativlərdən kənaraçıxma isə müəyyən sosial problemlərə yol açır", - deyə o əlavə edib.

E.Azadovun sözlərinə görə, Atatürkün irəli sürdüyü bu layihə rayon, kənd yerləri üçün daha əlverişlidir: "Lakin irəli sürülən bu layihədə, yəni dairəvi yaşayış məskənləri konsepsiyasında dairənin bölünməsi zamanı itkilər də ola bilər. Bu isə bir qədər narahatlıq yaradan məqamdır".

Ekspert bildirir ki, bu gün Bakıda əhali sıxlığı çox olduğu üçün daha hündür binalar inşa olunur, torpaq qıtlığı müşahidə edilir. E.Azadov Ağ Şəhər layihəsi haqda danışaraq Nərimanov rayonunun kiçik bir ərazisi ilə bağlı apardığı təhlilin nəticəsini də açıqlayıb: "Son 10 ildə Bakının ən möhtəşəm layihələrindən biri də “Ağ Şəhər” layihəsidir. Bu layihə 221 hektar ərazini əhatə edir. Lakin bu layihədə məktəb və bağçalar normativlərdən kənara düşüb. Bundan başqa, mən Nərimanov rayonu ərazisində apardığım bir təhlillə bağlı məlumat vermək istəyirəm. Nərimanov rayonunun 3 kvadrat kilometr (km²) ərazisini təhlil etmişəm. Bu təhlil 1991 və son illərdəki vəziyyəti əhatə edir. Təhlil nəticəsində bəlli olub ki, 2016-cı ilə kimi rayonun 3 km² ərazisində 60-a yaxın çoxmərtəbəli kompleks inşa edilib. Həmin əraziyə əlavə olaraq 1991-ci ildən 2016-cı ilədək 100 min sakin köçüb. 2021-ci ilədək həmin ərazidə əlavə 30-a yaxın bina inşa olunacaq. Bu həm də o deməkdir ki, 1991-ci ildən 2021-ci ilədək həmin əraziyə ümumilikdə 150 minədək sakin köçmüş olacaq".

"Lakin əsas problem bilirsiniz nədir? 3 km² ərazidə bu günədək bir dənə də əlavə məktəb inşa edilməyib və planda da yoxdur. Bu illər ərzində həmin ərazidə olan bağçaların tən yarısı özəlləşdi və fəaliyyətlərini dəyişdirdilər. Bu səbəbdən də bağçaların sayı azaldı. 

Ağaclar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xırdalan qəbiristanlığı sökülür? Bakı-Sumqayıt yolundan REPORTAJ
Hazırda həmin ərazidə bağça inşa etmək üçün ən azı 1 hektara kimi, məktəb tikmək üçün 1.5 hektara kimi ərazi lazımdır. Həmin ərazilərdə isə bu qədər boş yer yoxdur. Bunun üçün ərazidəki müəyyən yeri satın almaq lazımdır. Bu isə o deməkdir ki, həmin ərazidə ən azı beşmərtəbəli binalar sökülməlidir. Bunun üçün də təbii ki, milyonlarla vəsait lazımdır", - deyə ekspert əlavə edib.

E.Azadovun sözlərinə görə, 150 min əhalinin ora köçməsi əlavə olaraq həmin ərazidə 25-30 min məktəbli və bağçaya gedən uşağın məskunlaşması deməkdir. Onları təmin etmək üçün nə əlavə bağça, məktəb, nə də bu tikintini həyata keçirtmək üçün boş torpağın olmaması isə əsl problemdir.

Ekspert bundan əlavə hazırda paytaxtda məskunlaşanların da sayını açıqlayıb: "1989-cu ildə Bakıda 300 minə yaxın şəxs qeydiyyatı olmadan yaşayırdı. Lakin hazırda Bakıda yaşayaraq qeydiyyatdan keçənlərin sayı 2 milyon yarımdır. 1 milyona yaxın əhali isə qeydiyyatda deyil. Bu rəqəmlər də kifayət qədər böyükdür. Rəqəmlərin artması nəqliyyat, yol, infrastruktur və bu kimi bir çox problemlərə yol açır".

Xəbər lenti
0