CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda Mərkəzi rayonun yaradılacağı ərazilər açıqlandı

Abunə olmaq
Ə.Ələkbərovun sözlərinə əsasən, Bakıda yeni mərkəz yaradılsa da, İçərişəhərin artıq özünün xüsusi statusu var

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. "İçərişəhərə, eləcə də Qala Qoruğuna gələn turistlərin sayı gündən-günə artır. Belə ki, 2019-cu il ərzində 3040 nəfər rəsmi və qeyri-rəsmi nümayəndə heyəti üçün ekskursiyalar, 3271 nəfər üçün isə fərdi və qrup turları təşkil edilib. İçərişəhərdə 31 kvest oyunu baş tutub".

İçərişəhər, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
İçərişəhərdə iki bina restavrasiya edilir

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, bundan başqa hesabat ili ərzində muzeylərdə ziyarətçilərin sayı 383.528 nəfər təşkil edib.

Ə.Ələkbərov həmçinin əlavə edib ki, keçən ilin mart ayında Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səsləndirilib. Hazırda bu istiqamətdə iş aparılır.

Onun sözlərinə görə, hazırda İtaliyanın Roma şəhərinin "Mərkəz 1" adlandırılan bələdiyyəsi ilə əməkdaşlıq sazişi barədə danışıq aparılır: "Romanın mərkəzi bir bələdiyyədə cəmləşib. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Memarlıq İttifaqı ilə hazırda Prezidentin tapşırığı istiqamətində iş aparılır. Yəqin ki, mərkəzi rayonun yaradılması ilə bağlı Səbail, Nəsimi kimi rayonlardan söhbət gedir".

Xırdalan qəbiristanlığı sökülür? Bakı-Sumqayıt yolundan REPORTAJ

Ə.Ələkbərovun sözlərinə əsasən, Bakıda yeni mərkəz yaradılsa da, İçərişəhərin artıq özünün xüsusi statusu var.

O qeyd edib ki, 2005-ci ildən İçərişəhər Qoruğunun öz administrasiyası yaradılıb: "Bununla da İçərişəhər xüsusi bir status alıb. Bu, böyük bir statusdur. Ona görə də hesab edirəm ki, yeni mərkəzi rayon yaradılsa da, İçərişəhər özünün xüsusi statusunu saxlayacaq".

Xəbər lenti
0