Belarus Rusiya neftinə alternativ tapdı

© Sputnik / © Sputnik / Elvin AhmadНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Minsk Rusiya neftini əvəz etmək üçün tədarüklə bağlı Ukrayna, Polşa, Baltikyanı ölkələr, Qazaxıstan və Azərbaycana kommersiya təklifləri göndərib

BAKI, 21 yanvar — Sputnik. Belarus Norveçdən 80 min ton neft alıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə Belarusun "Belneftexim" dövlət konserninin nümayəndəsi bildirib. 

Kreml, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Kreml: Rusiya və Belarus arasında fikir ayrılığı yoxdur

Neft yükü Litvanın Klaypeda limanından Belarusdakı "Naftan" neft emalı zavoduna çatdırılacaq.

Dövlət konserninin nümayəndəsi deyib ki, Litvadakı liman vasitəsilə neftin tədarükünün bu ay baş tutması gözlənilir.

Bununla yanaşı, o, uzunmüddətli perspektivdə Norveç neftinin alınması imkanını şərh etməyib.

Bir müddət öncə Belarus Baş nazirinin müavini Dmitri Krutoy deyib ki, Minsk Rusiya neftini əvəz etmək üçün tədarüklə bağlı Ukrayna, Polşa, Baltikyanı ölkələr, Qazaxıstan və Azərbaycana kommersiya təklifləri göndərib.

Bununla bağlı olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov RİA Novosti-yə bildirib ki, Azərbaycandan Belarusa neft tədarükü ilə bağlı danışıqlar aparılıb, lakin hələ ki, bununla bağlı dəqiq qərar yoxdur. 

Rusiya Belarusla rouminqi ləğv edə bilər

"Bu mövzuda danışıqlar aparılıb. Prinsipcə hazırıq, əvvəllər olduğu kimi (nefti – red.) tədarük edə bilərik. Bildiyiniz kimi, bizim "Azəri Light" neftimiz var. Ancaq hələlik bu mövzuda konkret heç nə yoxdur", - İ.Əhmədov deyib.

Onun sözlərinə görə, texniki baxımdan, Azərbaycan tərəfinin belə bir imkanı var.

"Həm "Azəri Light" neftini, həm də digər ölkələrin neftini bütün maraqlı tərəflərə tədarük etmək mümkündür. Lakin Belarus tərəfindən hələlik bununla bağlı daha konkret müraciət gəlməyib", - İbrahim Əhmədov deyib.

Xəbər lenti
0