Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml: Rusiya və Belarus arasında fikir ayrılığı yoxdur

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidKreml, arxiv şəkli
Kreml, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Bir ay əvvəl Soçidə, bir neçə gün əvvəl Sankt-Peterburqda baş tutan danışıqlar bizim-nöqteyi nəzərimizdən tamam əksini deyir” - Peskov

BAKI, 25 dekabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki ölkə münasibətlərində böhranın olmasına dair bəyanatına münasibət bildirərək bu qiymətləndirmə ilə razı olmadığını bildirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Президент Белоруссии Александр Лукашенко - Sputnik Azərbaycan
Lukaşenko ağır həyatından danışdı: “Yaşamaq istəmirəm”

Qeyd edək ki, Lukaşenko "Exo Moskva" radiostansiyasına müsahibəsində bildirib ki, Birlik dövlətinin Konstitusiyasının qəbulu üçün vaxt Rusiyaya görə keçib.

"Bir ay əvvəl Soçidə və bir neçə gün əvvəl Sankt-Peterburqda baş tutan danışıqlar bizim nöqteyi-nəzərimizdən tamam əksini deyir", - deyə Peskov vurğulayıb.

Kreml rəsmisi vurğulayıb ki, hazırda predmet üzrə danışıqlar aparılır. Rusiya və Belarus Nazirlər Kabineti iki ölkənin inteqrasiyası üçün ümumi yol xəritəsinin razılaşdırılması və Birlik dövlətinin möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görüblər.

Peskovun sözlərinə görə, razılaşdırılmamış məsələlər var, lakin bu böhranın olması anlamına gəlmir: "Aydındır ki, görüşlər davam etdiriləcək, inteqrasiya səviyyəsi o qədər yüksəkdir, ölkələr bir-biri ilə o qədər sıx şəkildə bağlıdır ki, bəzi fikir ayrılıqları qalır və qalacaq da. Lakin bu ümumi fonu pozmur".

Xəbər lenti
0