Rusiya Belarusla rouminqi ləğv edə bilər

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidЖенщина с телефоном, фото из архива
Женщина с телефоном, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İndi başa düşülür ki, bu mümkündür, buna ehtiyac var, bunun üçün rabitə nazirlikləri öz aralarında kifayət qədər sıx işləyirlər"

BAKI, 11 dekabr — Sputnik. Rusiya və Belarus rouminqin ləğv edilməsinin lazım olduğuna dair ümumi fikrə gəliblər və rabitə nazirlikləri bu məsələnin üzərində işləyirlər.

ABŞ-ın vitse-prezidenti Mayk Pens - Sputnik Azərbaycan
Dövlətin ikinci şəxsi müttəfiq ölkənin bayrağını səhv saldı

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya və Belarusun Birlik Dövlətinin dövlət katibi Qriqori Rapota jurnalistlərə açıqlamasında deyib.

"Biz hələ ki, bunu etməyin lazım olduğuna dair ümumi bir fikrə gəlmişik. Çünki parlamentarilərimiz bu ideyanı irəli sürəndə ilkin reaksiya müsbətdən çox mənfi idi. Çünki bu çətindir, çünki bu mümkün deyil, çünki bu lazım deyil. İndi isə başa düşülür ki, bu mümkündür, buna ehtiyac var, bunun üçün rabitə nazirlikləri öz aralarında kifayət qədər sıx işləyirlər", - Qriqori Rapota Birlik Dövlətinin yaradılmasına dair Müqavilənin imzalanmasının 20 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində deyib.

"Əlbəttə ki, biznes maraqları nəzərə alınmalıdır. Biznes maraqlarını vətəndaşların maraqları ilə uyğunlaşdırmağa çalışacağıq. Nazirliklərimizin bunu necə edəcəyini görəcəyik. Lakin düşünürəm ki, bu məsələnin həllinə optimizmlə baxmalıyıq", - Rapota əlavə edib.

Xəbər lenti
0