CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siqaret tüstüsündə boğulan məktəblərimiz - Şagirdləri bu axmaq vərdişdən necə çəkindirməli

© Sputnik / Murad OrujovПачки сигарет, фото из архива
Пачки сигарет, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi isə hələ də siqaret çəkir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. Bu gün Azərbaycanda siqaret çəkənlər arasında kifayət qədər məktəblinin mövcudluğu vəziyyətin acınacaqlı olduğunu göstərir. İş orasındadır ki, paytaxtdakı məktəblərin qarşısındakı köşklərin çoxunda siqaret satılır.

Bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O qeyd edib ki, bununla bağlı apardıqları monitorinqlərin nəticəsi heç də ürəkaçan deyil.

Стоп курению - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda siqaret çəkən şagirdlərin sayı bilindi

"Respublika üzrə 4 min 472 orta ümumtəhsil müəssisəsində 1.5 milyon şagird təhsil alır. Onların 51 faizini oğlan, 49 faizini isə qızlar təşkil edir. Bu ümumtəhsil məktəblərinin 122-i paytaxtın payına düşür. Bu isə 440 min şagird deməkdir. Zərərli vərdişlərə yiyələnmə isə daha çox paytaxtın mərkəzində yerləşən məktəblərdə müşahidə olunur. Bu cür hallar Bakı və Bakı ətrafı məktəblərdə daha geniş yayılıb, nəinki digər rayonların məktəblərində. Hər kəsə məlumdur ki, şagirdlər xüsusən də valideyn və müəllim nəzarətindən kənar olan yerlərdə bu zərərli vərdişlərə yiyələnmiş olurlar. Yəni repetitorun yanına getdikdə belə bu cür hallar baş verir", - deyə Əsədov bildirib.

Ekspertin sözlərinə görə, Bakıdakı 320-ə yaxın məktəbdən150-nin qarşısında siqaret və spirtli içkilərin satıldığı köşklər fəaliyyət göstərir. Satış zamanı da hansısa məhdudiyyət yoxdur. Halbuki mövcud qanunvericiliyə görə, yaşı 18-dən aşağı olan şəxslərə bu cür məhsulların satışı qadağandır. Satışı həyata keçirən şəxslər isə yaş həddinə məhəl qoymadan hər kəsə siqaret və içki satırlar.

"Nəzarət mexanizmi ilə bağlı qanunvericilikdə xeyli boşluqlar var. Bəzi hallarda sagirdlər siqareti elə müəllimlərindən alırlar. Müəllimlərin uşaqların yanında siqaret çəkməsi də xoşagəlməz haldır. Buna da nəzarət etmək lazımdır. Bəzən valideynlər də övladlarını siqaret almaq üçün dükana göndərirlər. Valideyn və müəllim heyətinin fəaliyyətsizliyi bu cür problemlərə yol açır ki, nəticə etibarı ilə məktəblərin qarşısından keçəndə biz orada çoxlu siqaret qalıqları görürük. Bunu hətta məktəbin zibilqabılarında da görmək mümkündür", - deyə o, əlavə edib.

Продажа сигарет, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gözdən uzaq, könüldən iraq: Siqaret üstündə qurulan sağlam həyat necə olurmuş?

Bakıdakı Narkoloji Dispanserin rəhbəri Araz Manuçərov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, adətən rəsmi rəqəmlərdən fərqli olaraq, qeyri-rəsmi rəqəmlər daha yüksək olur. Amma heç açıqlanan rəsmi rəqəmlər də ürəkaçan deyil. Həkim hesab edir ki, bu nəticələrə gətirən əsas səbəblərdən biri məktəblilərə nəzarətin yetərincə olmamasıdır. Onun fikrincə, ümumiyyətlə, məktəblərin qarşısında siqaret, alkoqollu və enerji içkiləri satılan köşklərin fəaliyyətini dayandırmaq lazımdır.

"Düzdür, biz deyirik ki, məktəblərin önündə fəaliyyət göstərən köşklərin satıcıları əksər hallarda yaş senzinə riayət etmirlər. Bəzən buna əməl edən satıcıları da görürük. Mən özüm şahidi olmuşam ki, satıcı yaşının az olduğunu əsas gətirərək məktəbliyə siqaret verməkdən imtina edib", - deyə Manuçərov bildirib. Onun fikrincə, məktəblilərin zərərli vərdişlərdən uzaq durması üçün ilk növbədə onlara ciddi valideyn və məktəb nəzarəti olmalıdır.

Сигареты, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sükan arxasında siqaret çəkən sürücülər cərimələnib

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, dünyada hər il təxminən 8 milyon insan tütünçəkmənin yaratdığı xəstəliklərdən dünyasını dəyişir. XX əsrdə tütün epidemiyası dünyada 100 milyon insanın həyatına son qoyub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, tütün tüstüsü dünyada 8 əsas ölüm səbəblərindən 6-sına dair risk faktorudur. Sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi birləşmə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli toksik maddə və 70-i kanserogen hesab edilir.

Bu günlərdə ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda keçirilən II Milli Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev qeyd edib ki, Azərbaycanda böyüklər arasında passiv tütünçəkmə göstəricilərində bir qədər azalma müşahidə olunsa da, rəqəmlər yüksək olaraq qalıb.

Azərbaycanda aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi isə hələ də siqaret çəkir. Məlumata görə, siqaret çəkənlərin üçdə biri bu vərdişə 10 yaşınadək yiyələnib.

Xəbər lenti
0