CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözdən uzaq, könüldən iraq: Siqaret üstündə qurulan sağlam həyat necə olurmuş?

© Sputnik / Konstantin ChalabovПродажа сигарет, фото из архива
Продажа сигарет, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Marketə girirsən, görürsən ki, siqaret düz gözünün qabağındadır. Bu, düzgün deyil. Xüsusən də məktəblilərin siqaretə aludəçiliyinin qarşısının alınması üçün onların məktəblərin qarşısındakı köşklərdən yığışdırılması vacibdir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. Bu gün bəzi ölkələr tütündən ölüm hallarının qarşısını almaq üçün əsas çıxış yollarından birini də qiymətləri və vergiləri qaldırmaqda görürlər. Məsələn, Avstraliyada 1 qutu siqaretin qiyməti 19.82 dollar, Yeni Zelandiyada isə 17.54 dollar təşkil edir. Bu isə o deməkdir ki, Yeni Zelandiyada siqaretin qiyməti Böyük Britaniyadakından 6.69 dollar daha yüksəkdir. Böyük Britaniyada isə siqaretin qiyməti 13.39 dollardır.

В магазине сети Беру выходной продаётся более трёх тысяч сортов пива и более трёх сотен сортов сидра, пуарэ и медовухи - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Badə? Nəbadə! - Spirtli içkilərlə tütün bazarında təlatüm gözlənilir

Siqaretin qiymətinin ən aşağı olduğu ölkə isə Qazaxıstandır. Burada bir qutu siqaretin qiyməti 1.06 dollar təşkil edir. "Tobacco"nun (tobaccoatlas.org) statistik məlumatlarına baxdıqda isə bu ölkədə tütünün təsirlərindən ölüm hallarının 22 mindən yuxarı olduğunu görə bilərik. Belə ki, Qazaxıstanda gündəlik olaraq siqaret aludəçilərinin 16 min nəfərini 10-14 yaşlı uşaqlar, 2 milyon 466 min nəfərini 15 yaşdan yuxarı olan şəxslər təşkil edir. 

Azərbaycanda isə bir qutu siqaretin qiyməti 1-4 manat arasında dəyişilir.

"Tobacco"nun son olaraq Azərbaycan üçün açıqladığı hesabatda isə bu sahədə müəyyən irəliləyişlərin olduğu qeyd olunsa da, deyə bilərik ki, rəqəmlər elə də ürəkaçan deyil. Məlumata görə, hər il 12 mindən artıq insan tütün və tütün məhsullarının yaratdığı fəsadlara, müxtəlif xəstəliklərə görə dünyasını dəyişir. Statistikada qeyd olunur ki, Azərbaycanda tütün və tütün məhsullarından asılılıq kişilərin ölüm faktorunda 23 faizədək rola malikdir. Bu rəqəmə görə isə ölkəmiz İnsan İnkişafı İndeksinə görə, digər inkişaf etmiş ölkələrdən daha bədbin nəticələr əldə edib.

Supermarketdə vitrin, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ərzaq məhsulları, içki və tütün məmulatlarının qiyməti 2 faiz bahalaşıb

Qeyd olunur ki, hər gün 8 mindən artıq uşaq (10-14 yaşlarında) və yaşı 15-dən yuxarı olan 1 milyon 373 min yeniyetmə siqaret çəkir, tütünün təsiri altında olur. Məlumata görə, Azərbaycanda tütündən asılı olanların 2 faizini uşaqlar təşkil edir.

Maraqlıdır, ölkəmizdə bu rəqəmin azaldılması üçün nələrin edilməsinə gərək var?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə jurnalistlərə açıqlamasında qeyd edib ki, ölkəmizdə tütünçəkmə ilə mübarizədə bir çox işlər görülüb, amma ölkədə siqaretin qiyməti hələ də çox aşağıdır.

Narkoloji Dispanserin rəhbəri Araz Manuçərov Sputnik Azərbaycan-a açıqlamasında ilk növbədə siqaretə əlçatanlığın çətinləşdirilməsinin vacibliyindən danışıb: “Məsələn, marketə girirsən, görürsən ki, siqaret düz gözünün qabağındadır. Bu, düzgün deyil. Xüsusən də məktəblilərin siqaretə aludəçiliyinin qarşısının alınması üçün onların məktəblərin qarşısındakı köşklərdən yığışdırılması vacibdir”.

Rusiyada mağazada siqaret satışı - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada tütün satışı məhdudlaşdırılacaq

“Siqaretin qiymətinin artması ilə sadəcə olaraq bir müddət ona aludə ola biləcək şəxslərin sayını azaltmaq mümkün olacaq. Bu qiymətin, verginin artmasından isə məqsədyönlü yararlanmaq lazımdır. Yaxşı olar ki, bu yolla əldə olunan vəsait sağlam həyata təşviq məqsədilə istifadə edilsin. Ordan gələn puldan məhəllələrdə idman meydançalarının salınması, ona təşviqin artırılması məqsədilə istifadə edilsə, daha sərfəli olar. Amma bu siqaretdən asılılığı olan şəxslər üçün çıxış yolu olmayacaq”, - deyə o əlavə edib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, sosial həyat üçün önəmli bir nüans olmadığından və pis vərdişlərdən xilas olunmaq üçün təqdirəlayiq addım hesab edildiyindən siqaret və tütün məhsullarının qiymətlərinin qalxması etirazla qarşılanmır. O, belə hesab edir ki, qiymətlərin kəskin artması heç də müsbət nəticə verməyəcək: “Bu səbəbdən də bir çox ölkələrdə də aksiz vergiləri tez-tez artırılır. Azərbaycanda isə bu cür məhsulların qiyməti çox yüksək olarsa, o zaman qonşu ölkələrdən qaçaqmalçılıq hallarının artması baş verə bilər. Buna görə, qonşu ölkələrdəki qiymətlər də nəzərə alınmalıdır ki, mənfi tendensiyalar müşahidə edilməsin”.

Xəbər lenti
0