CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda siqaret çəkən şagirdlərin sayı bilindi

© pixabay / Martin BüdenbenderСтоп курению
Стоп курению - Sputnik Azərbaycan
Abunə olmaq
Tədqiqatlar göstərir ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir. Siqaret çəkənlərin üçdə biri bunu 10 yaşadək edib.

BAKI, 19 dekabr — Sputnik. "Azərbaycanda böyüklər arasında passiv tütünçəkmə göstəricilərində bir qədər azalma müşahidə olunsa da, rəqəmlər hələ də yüksəkdir. Əksər hallarda insanların tütün çəkməsi yeniyetmə yaşlarında başlayır. Azərbaycanda keçirilmiş tədqiqatlar göstərir ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir. Siqaret çəkənlərin üçdə biri bunu 10 yaşadək edib".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib.

O bildirib ki, Azərbaycanda siqaret çəkməyənlərin 29 faizi evdə, 41 faizi isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır: "Təəssüf ki, bu göstəricilər 5 il ərzində 50 faiz artıb. Bütün bu faktlar ictimai yerlərdə tütünçəkmənin məhdudlaşdırılması haqqında qanunun diqqətlə yerinə yetirilməsini tələb edir. Tütünlə mübarizədə effektiv yollardan biri tütün vergilərinin qaldırılmasıdır. Azərbaycanda tütün vergiləri orta hesabla 7 faiz artıb. Yanvarın 1-dən bu rəqəm bir daha artacaq".

Xəbər lenti
0