Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məhəmmədrəsul Məcidov: "Görəndə ki, britaniyalı rəqibin gözü axır, onu bitirməyə çalışdım"

© AP Photo / Osman KarimovМагомедрасул Меджидов
Магомедрасул Меджидов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov Sputnik Azərbaycan-a müsahibəsində britaniyalı Tom Litlla (Tom Little) olan təkbətək döyüşündən və dünya çempionu Entoni Coşua ilə görüşündən danışdı.

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Azərbaycanlı peşəkar boksçu Məhəmmədrəsul Məcidov bu günlərdə peşəkar rinqdə ikinci qələbəsini qazanıb. Səudiyyə Ərəbistanının Əd-Diriyə şəhərində keçirilən peşəkar boks gecəsində o, ikinci raundda texniki nokautla britaniyalı Tom Litlı məğlub edib. Döyüş britaniyalı Entoni Coşua və amerikalı Endi Ruis arasında dünya çempionu titulu uğrunda revanş matçı kartı altında keçirilib. Burada Böyük Britaniyalı boksçu bir xalla qalib gəlib.

Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Boks Federasiyasında maaş qalmaqalı yaşanır, rəhbərlik isə iddiaları təkzib edir

Sputnik Azərbaycan-a müsahibəsində Məcidov keçirdiyi döyüş, hazırkı dünya çempionu Entoni Coşua ilə söhbəti və gələcək planları barədə danışıb.

- Britaniyalı döyüşçü ilə təkbətək görüşünüz barədə təəssüratlarınızı bölüşərdiniz...

- Açığını desəm, Litldan rinqdə göstərdiyindən daha çox şey gözləyirdim. Üstəgəl, hər şeydən əlavə, mən bu döyüşə yaxşı hazırlaşmışdım və bu da öz nəticəsini verdi.

- İkinci raundun əvvəlində siz rəqibi nokdauna göndərdiniz, sonra da onu tez bitirməyə çalışdınız...

- Nokdaundan sonra gördüm ki, onun gözləri axır. Ona görə də döyüşü ləngitməmək və onu tez bitirmək lazım idi. Nə ona, nə də özümə əziyyət vermək lazım deyildi (gülür). Raundun sonunda o, artıq sifətini möhkəm bağlamışdı, nəsə etmək istəyirdi və mən sol tərəfinə yumruq atdım ki, o, əlini götürsün. Bu zaman mən azad olunan hissəyə, sağ tərəfə bir zərbə ilişdirdim. Bu zərbədən sonra onun gözləri yenə axmağa, ora-bura qaçmağa başladı və bu zaman hakim görüşü saxladı.

- Yeri gəlmişkən, döyüşdə görünürdü ki, siz daha çox onun qarın boşluğuna vurursunuz, nəinki başına. Bu taktikanı xüsusilə seçmişdiniz?

- Döyüşdə rəqibini öz taktikanla öyrənirsən. Daim onun qarın boşluğuna vurursan və növbəti dəfə özünü elə göstərirsən ki, guya yenə onun qarın boşluğuna vuracaqsan. Bu zaman rəqib əllərini buraxır və başını açır. Bu taktika döyüşü bir gözlənilməz və dəqiq zərbə ilə udmağa imkan verir.

Тяжелоатлет Низами Пашаев, фото из архива - Sputnik Azərbaycan
İDMAN
On il sonra bərqərar olan ədalət: idmançımız halal qızılını aldı

- Bu, sizin peşəkar rinqdə ikinci uğurlu çıxışınızdır. Sizdə əminlik Nyu-Yorkdakı birinci döyüşdən yaranmışdı?

- Nyu-Yorkdakı birinci döyüşə mən iki illik fasilədən sonra çıxmışdım və cəmi yarım il məşq etmişdim. Təbii ki, onda özümü Səudiyyə Ərəbistanında keçirilən ikinci döyüşdəki kimi əmin hiss etmirdim. Odur ki, mən indi özümü rinqdə yaxşı hiss edirəm.

- Sizin görüşünüz Entoni Coşua və Endi Ruis arasında dünya çempionu titulu uğrunda revanş matçı kartı altında keçirildi. Bəs, bu döyüş barədə təəssüratınız necədir?

- Düzü, düşünürdüm ki, bu döyüş maraqlı olacaq. Coşua bütün rinqlər boyu rəqibdən qaçdı, küncə çəkildi və bu yolla qələbə qazandı. Gözləyirdim ki, Entoni geri çəkiləcək və döyüşü tez başa çatdıracaq, amma bu, baş vermədi. Açığı döyüş mənim xoşuma gəlmədi. Görünür, o, ilk döyüşdəki səhvlərdən qaçdı, risk etmək istəmədi və revanş matçını etibarlı şəkildə keçirmək istədi. Bütün bunlara baxmayaraq, onun başı artıq zəifləmişdi və zərbələrə daha pis davam gətirirdi.

- Siz Entoni Coşua ilə görüşdünüz? Yəqin Bakıdakı dünya çempionatının finalında sizin onun üzərində qazandığınız qələbəni xatırladınız?

- Ər-Riyaddan Məkkəyə Ümrəyə (kiçik həcc-red.) getməmişdən əvvəl bir-birimizi görmüşdük. O, mənimlə şəkil çəkdirdi, bir-iki kəlmə danşıdıq, bir-birimizi qələbə münasibətilə təbrik etdik. Coşua dedi ki, mənim Ümrəyə səfər etməyimdən məmnundur. Əgər səhv etmirəmsə, o, İslamı qəbul edib.

- Ondan dünya çempionu titulunu alacağınıza söz vermədiniz ki?

Sənan Şəfizadə - Sputnik Azərbaycan
İdman şərhçisi: “İdmançılarımız lisenziyaların sayını artıracaq”

- (Gülür) Çox danışa bilmədik, çünki onu fanat ordusu əhatəyə almışdı. Əlbəttə, bu barədə sosial şəbəkələrdə nəsə yazmaq, yaxud da müsahibədə demək olar, amma şəxsi söhbətlərdə yox. Bilirsiniz, hələlik ona mənimlə döyüşmək maraqlı deyil. Çünki mən peşəkar rinqdə hələ özümü yenə göstərməliyəm, reytinqdə yüksək yerləri tutan boksçulara qalib gəlməliyəm, yalnız bundan sonra ola bilsin, Coşua mənimlə döyüşməyə maraq göstərdi.

- Üçüncü döyüşünüz nə vaxt olacaq?

- Növbəti döyüş haradasa 2-2,5 aydan sonra, təqribən fevralın axırlarında olacaq. Hələlik döyüşəcəyim yer və rəqib məlum deyil. Növbəti döyüşə qədər ABŞ-da məşq edəcəyəm, orada sparring tərəfdaşları seçəcəyəm.

Xəbər lenti
0