AVRO-2020: Növbəti bilet satışı mərhələsinin bitməsinə çox az müddət qalır

© Powered by UEFA.comБилеты на матч ЕВРО-2020
Билеты на матч ЕВРО-2020 - Sputnik Azərbaycan
Abunə olmaq
Hər bir komandanın futbol assosiasiyasının (FA) öz azarkeşlərinin qrup mərhələsi matçlarına biletlər və ya “Komandamı təqib edirəm” biletləri üçün müraciət edə bilmələrini təmin etmək məqsədilə müəyyən etdikləri müraciət şərtləri var

BAKI, 16 dekabr — Sputnik. Gələn yay keçiriləcək futbol üzrə Avropa Çempionatına vəsiqə qazanmış komandaların azarkeşləri tələsməlidirlər.

Öz sevimli komandalarının AVRO-2020-də oyunlarını canlı izləmək istəyən azarkeşlər bilet(lər) üçün çərşənbə günü, 18 dekabr 2019-cu il, Bakı vaxtı ilə saat 17:00-dək müraciət edə bilərlər.

Təsnifat mərhələsində uğur qazanmış 20 yığma fanatlarının öz komandalarının UEFA AVRO-2020 matçlarına bilet əldə etmələri üçün yalnız EURO2020.com saytı vasitəsilə müraciət etmələri mümkündür.

Timue Bakayoko  - Sputnik Azərbaycan
Futbol meydanşasında kuryoz hadisə oldu - VİDEO

Bütün oyunlar üçün satışa çıxarılmış biletlərin yarıdan çoxu ən ucuz qiymət kateqoriyası ilə satılacaq. Belə ki, qrup mərhələsi matçları üçün biletlərin qiyməti 30 avro (Bakı, Buxarest və Budapeşt), digər ev sahibi şəhərlərdə isə 50 avrodan başlayır.

İştirakçı komandaların azarkeşləri üçün biletlər

Qrup mərhələsi: Kopenhagen (İştirakçı komandaların tərəfdarları üçün 14,000 bilet)

Qrup mərhələsi: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Dublin, Qlazqo və Sankt-Peterburq (20,000 bilet)

Qrup mərhələsi: Münhen, Roma (24,000)

Qrup mərhələsi: London (28,000)

Səkkizdəbir final mərhələsi: Amsterdam, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo və London (12,000)

Dörddəbir finallar: Bakı, Münhen, Roma və Sankt-Peterburq (12,000)

Yarımfinallar: London (24,000)

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev - Sputnik Azərbaycan
Millinin futbolçusu yığmanın AVRO-2020 təsnifatındakı uğursuzluğunun səbəbini açıqladı

Final: London (26,000)

Pley-off oyunlarının dörd qalib komandasının azarkeşləri 31 mart, 2020-ci il tarixində nəticələr bəlli olduqdan dərhal sonra bilet üçün müraciət edə biləcəklər.

Satışların bu ən son mərhələsi 2019-cu ilin yayında həyata keçirilmiş, satışa çıxarılmış 1.5 milyon bilet təklifi üçün 19.3 milyon müraciətin qəbul olunduğu ictimaiyyət üçün bilet satışı mərhələsindən sonra gəlir. Ümumilikdə, UEFA AVRO-2020 üçün 3 milyondan çox bilet mövcuddur, bunun 82%-i azarkeşlər üçündür.

Hər bir komandanın futbol assosiasiyasının (FA) öz azarkeşlərinin qrup mərhələsi matçlarına biletlər və ya “Komandamı təqib edirəm” biletləri üçün müraciət edə bilmələrini təmin etmək məqsədilə müəyyən etdikləri müraciət şərtləri var; bu şərtlər azarkeşlərə məkandan asılı olmayaraq, komandalarının pley-off mərhələsi oyununda iştirak etmələrinə imkan verir. Əgər onların komandaları matçdan əvvəl çempionatı tərk edərsə, azarkeşlər bilet üçün etdikləri ödənişi geri alacaqlar.

Tələbin təklifi üstələdiyi bütün oyunlar üçün biletlər hər bir FA tərəfindən hazırlanmış prosesə uyğun olaraq ayrılacaq. Bilet üçün müraciət edən bütün namizədlər 2020-ci il, yanvar ayının sonuna qədər nəticələr barədə məlumatlandırılacaqlar.

2019-cu ilin may ayında start götürmüş UEFA AVRO-2020 turnirinin “Fans First” (Öncə azarkeşlər) bilet strategiyasının ardınca, bütün seçilmiş komandaların tərəfdarları yarımfinallar və final oyunu üçün müvafiq olaraq 85 avro və 95 avro dəyərində olan “Fans First” biletləri üçün müraciət edə bilərlər. “Fans First” biletləri şərti biletlər kimi satılacaq, yəni komandaları yarımfinal və final oyunlarından əvvəl turniri tərk edən azarkeşlər kompensasiya alacaqlar.

İctimaiyyət üçün daha çox bilet mövcuddur

AVRO-2020 azarkeş təcrübəsi

FA tərəfindən müəyyən edilmiş meyarlara uyğun olmayan və ya konkret bir komandanı təqib etməyən azarkeşlər yenidən EURO2020.com/tickets internet səhifəsində ictimai səsvermə vasitəsilə bilet üçün müraciət etməyə dəvət olunurlar.

Uğursuz namizədlər sonrakı mərhələdə mövcud olan biletlərdən hər hansı birini (gecikdirilmiş ödənişlər və ya geri qaytarılmış biletlər sayəsində) almaq üçün dəvət oluna bilərlər (səsvermə reytinqinə görə).

Asan keçidli oturacaqlar üçün müraciət etmiş və ya əlil arabasından istifadə edən azarkeşlər üçün ayrılmış biletlər, oturacağın yerindən asılı olmayaraq, ən ucuz qiymət kateqoriyası olan Kateqoriya-3 biletləri ilə eyni qiymətə satılacaq.

UEFA AVRO-2020 rəsmi qonaqpərvərlik satış paketləri haqqında məlumat əldə etmək üçün EURO2020.com/hospitality saytına daxil ola bilərsiniz.

Bilet satışı üzrə ətraflı broşuranı buradan əldə edə bilərsiniz.

BİLET ÜÇÜN MÜRACİƏT

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə gələn ilin yayında qitə birinciliyinin oyunları 12 müxtəlif ölkənin şəhərlərində keçiriləcək.

Главный тренер сборной Азербайджана Никола Юрчевич  - Sputnik Azərbaycan
İDMAN
Yurçeviçlə bağlı qərar verildi

Oyunlara Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq ev sahibliyi edəcəklər.

AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində Roma şəhərində başlayacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində, Londonda keçiriləcək final oyununa qədər davam edəcək.

Azərbaycan paytaxtında 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları baş tutacaq.

AVRO-2020-nin açılış oyununda isə Romanın "Olimpiko" arenasında İtaliya və Türkiyə milliləri qarşılaşacaqlar.

Xəbər lenti
0