Futbol meydanşasında kuryoz hadisə oldu - VİDEO

© REUTERS / REGIS DUVIGNAUTimue Bakayoko
Timue Bakayoko  - Sputnik Azərbaycan
Abunə olmaq
Timue Bakayoko nömrənin ona aid olduğunu zənn edərək meydançanın kənarına gəlib. Yalnız 4-cü hakimin bildirişindən sonra o, səhvini başa düşərək meydana qayıdıb.

BAKI, 9 dekabr — Sputnik. Fransa Liqasının son turunda keçirilən "Monako" - "Amiens" matçında (3:0) maraqlı anlar yaşanıb.

Sputnik Azərbaycan xəbər verir ki, görüşün 81-ci dəqiqəsində "Monako"nun oyunçu dəyişikliyi zamanı hakim tablosunda 14 nömrəli futbolçunun meydandan çıxmalı olduğu göstərilib.

Timue Bakayoko nömrənin ona aid olduğunu zənn edərək meydançanın kənarına gəlib. Yalnız 4-cü hakimin bildirişindən sonra o, səhvini başa düşərək meydana qayıdıb.

Qeyd edək ki, fransalı yarımmüdafiəçi 2014 - 2017 illərdə "Monako"da 14 nömrəli formada çıxış edib. Hazırda icarə əsasında Fransa klubunda oynayan 25 yaşlı futbolçu 6 nömrəli formanı geyinir.

Xəbər lenti
0