Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Köhnələri əbədiləşdirməklə məşğuluq, yeniləri isə hələ də yaratmırıq

© Sputnik / Kemale AliyevaПремьера спектакля "Прости за любовь" на сцене Русского драматического театра
Премьера спектакля Прости за любовь на сцене Русского драматического театра - Sputnik Azərbaycan
Abunə olmaq
Rusların özü belə Stanislavskidən sonra Vaxtanqov və Qratovski nəzəriyyələrinə üz tutduğu halda, biz Stanislavskidən başqasını görmək belə istəmirik. Yenilənməmizin, kəşf etməyimizin, dəyişilə bilməmizin qarşısını alan nədir belə?

BAKI, 10 dekabr — Sputnik. Azərbaycanda İncəsənət üzrə ali təhsil verən musiqi, xoreoqrafiya və rəssamlıq akademiyaları, Konservatoriya, Mədəniyyət və İncəsənət Universiteti var. Aktyorluq və rejissorluq fakültələri yalnız Mədəniyyət və İncəsənət Universitetində var ki, bu universitet də aktyorluq və rejissorluq fakültələrinin tədrisində köhnə metodlardan, ötən əsrin əvvəllərində tətbiq edilən nəzəriyyələrdən istifadə edir. Sonradan yaranmış teatr nəzəriyyələri, aktyorluq metodları, rejissorluq məktəbləri, dramaturji yeniliklərin heç biri haqqında tələbələrə məlumat da verilmir.

Мужчина в коридоре, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Teatr Xadimləri İttifaqı sədr seçdi: Narazılıqsız ötüşmədi

Bu metodlar zamanında istifadə edilib və aktyorluğun, rejissorluğun məktəbləşməsi, peşəkarlaşması, həvəs və sevgidən elmə çevrilməsi üçün zəmin yaradıb. Amma bu metodlar mütəmadi tədris edildikdə monoton aktyorlar ərsəyə gəlir. Yəni aktyor üçün lazım olan ən təməl prinsiplərdən biri  təmin olunmur: dəyişilə bilmək, dəyişdirilə bilmək və dəyişə bilmək. Düzdür, hələ bütün dünyada bu təməl prinsipləri təmin edə bilən, nəzəri və praktiki tədrislə bunu məktəbləşdirə bilən unikal nəzəriyyə yoxdur. Lakin bu yolda müəyyən uğurlu nəticələr əldə etmiş çoxsaylı nəzəriyyələr var və dünya da bütün bunları tətbiq edib nəticəyə varmağa çalışır. Biz isə bu inkişafdan yüz il geridə qalırıq.

Niyə İncəsənət Universiteti lazım olan yeni tədris vəsaitləri ilə təmin olunmur? Bu materialların dünyada tətbiq olunan yerlərdən toplanılıb tərcüməsi, nəşri və tədrisi prosesinə niyə başlanılmır? Yüz il boyunca Stanislavski nəzəriyyələrindən yararlanmaq bizə ancaq bu qədər kömək edə bildi. Sadəcə bir adamın nəzəriyyələrindən asılı qalmaq həm də yeni nəzəriyyələrin yaranmasına mane oldu. Çünki tədris vəsaitlərinin hamısında Stanislavski məktəbinin aktyorluq və rejissorluq üçün ən unikal mərhələ, ən son pillə olduğu yazıldı. Bu, Sovet İttifaqının köhnə incəsənət məktəbini qoruma, əbədiləşdirmə və müqəddəsləşdirmə çabaları idi. 30 ildir İttifaqdan ayrılmağımıza rəğmən, hələ də o məktəbi alternativi olmayan ən mükəmməl incəsənət məktəbi olaraq görürük.

İslamda musiqi, rəsm, heykəltaraşlıq, teatr və kino niyə haramdır?

Rusların özü belə Stanislavskidən sonra Vaxtanqov və Qratovski nəzəriyyələrinə üz tutduğu halda, biz Stanislavskidən başqasını görmək belə istəmirik. Yenilənməmizin, kəşf etməyimizin, dəyişilə bilməmizin qarşısını alan nədir belə?

Bir əsr boyunca bu sahədə ən böyük uğurumuz Vaqif İbrahimoğliu tərəfindən yeni teatr məktəbinin yaradılması, yeni bir nəzəriyyənin işlənilməsi oldu. Amma onu da nəinki məktəbləşdirib dünyaya təqdim etmək, heç öz ölkəmizdə, öz təhsil ocağımızda tədris edə bilmədik. Əslində, bu hadisə Azərbaycan teatrının dünyaya iftixarla təqdim edilə biləcək uğuru idi. Bundan sonra Vaqif İbrahimoğlu yoxdur. Yoxdur ki, bilmədiklərimizi, anlamadıqlarımızı soruşaq. O qədər uzun və rahat yaşamadı ki, təcrübələri ilə kəşfini daha da mükəməlləşdirə bilsin. Bizə sadəcə əlyazmaları və yaratdığı kiçik bir teatr qaldı, onu da böyütmədik, qorumadıq, hifz etmirik.

Axı belə olmur. Bu gün teatr mədəniyyətin sütunu kimi bütün dünyada ən elit incəsənət hadisəsi olaraq qorunur, çoxalır, yenilənir. Biz isə eyni yoldan yüz ildir gedib gəlir, var-gəl edirik. Belə bir vaxtda mən də iki müxtəlif yeni teatr nəzəriyyəsi işləyirəm, bir yeni aktyor oyunu metodu üzərində çalışıram. Dünyada belə bir işin olduğu, belə bir sahənin varlığı bu coğrafiyaya məlum deyil sanki. 

Здание центра кино Низами в Баку - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Müştərək film: Özbəklər azərbaycanlıları gözləyirlər
Bu işlər bitdikdə, bu sahə üzrə bir şey ərsəyə gəldikdə nə edilməlidir, necə edilməlidir, tətbiqi, lazımdırsa tədrisi hansı üsulla aparılmalıdır? Bununla bağlı nəzəri və ya təcrübi heç bir hüquqi prosedur yoxdur.

Bu gün kino bazarı dünya iqtisadiyyatında mühüm yer tutur və yeni-yeni kino festivalları, yarışmaları, mükafatları təsis edilir. Lakin biz bunların hamısından kənardayıq. “Oscar”a namizəd olacaq kinomuz yox, aktyorumuz, aktrisamız yox, rejissorumuz yox. Amma o istedada sahib olanlarımız var. Onları cilalayıb böyüdə biləcək məktəbdən yoxsul qalmışıq. İncəsənət Universiteti isə hələ də var olan sonuncu ən böyük dramaturqumuzun, aktyorumuzun, rejissorumuzun xatirələrini əbədiləşdirməklə məşğuldur, yenilərini yetirməklə yox.

Xəbər lenti
0