CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəyanət insanları valideynlik hüququndan məhrum etməyə əsas vermir

© pixabay / TheVirtualDeniseСемья, фото из архива
Семья, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Valideynlik hüququ məhdudlaşdırılanların da sayında tədrici artım qeydə alınıb. Belə ki, ötən il 35 nəfərin valideyn hüquqları məhdudlaşdırılıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Bu il Azərbaycanda 55 nəfər valideynlik hüququndan məhrum edilib. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2005-2018-ci illər üzrə bu rəqəm 1530 olub. 2005-ci ildə bu rəqəm 116, 2018-ci ildə isə 128 təşkil edib. Göründüyü kimi illər üzrə rəqəmlərdə artım nəzərə çarpır.

Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mərkəzi Bank valideynlərin məşhur bəhanəsini əllərindən alır

Valideynlik hüququ məhdudlaşdırılanların da sayında tədrici artım qeydə alınıb. Belə ki, ötən il 35 nəfərin valideyn hüquqları məhdudlaşdırılıb. Ümumilikdə, 2005-2018-ci illər ərzində ölkədə valideynlik hüquqları məhdudlaşdırılanların sayı 634 nəfər təşkil edib. 2005-ci ildə bu rəqəm 4, 2018-ci ildə isə 35 olub.

Maraqlıdır, hansı hallarda insanlar valideynlik hüququndan məhrum edilir, yaxud da onların bu hüquqları məhdudlaşdırılır?

Hüquqşünas Elvin Səlimov Sputnik Azərbaycan-a açılamasında deyib ki, valideynlik hüququndan məhrumedilmə Ailə Məcəlləsinin 12-ci fəslində nəzərdə tutulub. Həmin fəsildə valideynlərin hüquq və vəzifələrindən bəhs edilir, onların digərləri ilə müqayisədə daha üstün hüquq və vəzifələrə malik olduğu qeyd olunur. Ailə Məcəlləsinin 64-cü maddəsində bildirilir ki, valideynlər öz vəzifələrini yerinə yetirmədikdə, yəni aliment ödəmək iqtidarında olduğu halda qəsdən bu ödənişi həyata keçirmədikdə, valideynlik hüququndan məhrum edilirlər.

İlham Əliyev Şamaxıda səfərdə olub - Sputnik Azərbaycan
CƏMİYYƏT
Valideynlər diqqətli olsun: Bağçalarla bağlı yenilik gəlir

"Valideynlik hüququndan sui-istifadə edilirsə, uşaqlara qarşı məişət zorakılığı olursa, tərəflərdən biri xroniki alkoqolizm və narkomaniyadan əziyyət çəkirsə, buna görə qeydiyyatdadırsa, uşaqlara, yaxud da valideynin biri tərəfindən digərinin sağlamlığına, yaxud da həyatına qəsd edilməklə cinayət törədilirsə, təqsirli şəxs valideynlik hüququndan məhrum edilə bilər. Bununla bağlı isə təbii ki, məhkəmənin qətnaməsi olmalıdır", - deyə həmsöhbətimiz əlavə edib.

Hüquqşünas deyib ki, bir şəxsin valideynlik hüququndan məhrum edilməsi, onu vəzifələrindən azad etmir. Valideynlik hüququndan məhrum edilmə ilə bağlı qərar olsa da, həmin şəxs aliment ödəməlidir: "Valideynlik hüququndan məhrum olma cəza alan şəxsin övladı üzərində hüquqlarından məhrum edilmədir. Belə olan halda o övladı ilə münasibətdə hansısa hüquqdan istifadə edə bilmir. Lakin valideyn həyat tərzini dəyişdikdə, alimentlə bağlı öhdəliklərini və digər vəzifələrini vaxtında icra etdikdə, bu zaman onun valideynlik hüququ bərpa olunur. Həmin şəxs məhkəməyə müraciət etdikdən sonra onun işinə baxılır. Yerli icra hakimiyyətlərinin qəyyumçuluq, himayəçilik orqanları da bu işə cəlb olunur. Burada bir məqam da var: Uşaq 10 yaşa çatıbsa, valideynlik hüququndan məhrum edilən şəxsin valideynliyinin bərpası həmin uşağın razılığı ilə ola bilər".

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva - Sputnik Azərbaycan
YAZARLAR
Sözün bitdiyi yer - "İmtiyazlı və yetim yazarlar kateqoriyası formalaşdırıblar"

Səlimovun sözlərinə görə, valideynlik hüququndan məhrum edilmiş şəxsin övladı 6 ay ötdükdən sonra müvafiq qəyyumçuluq və himayəçilik orqanının razılığı ilə başqa bir şəxsə övladlığa verilə bilər. Uşaq övladlığa verilibsə, övladlığa götürmə ləğv olunmayıbsa, bu zaman valideynlik hüququndan məhrum edilmiş şəxsin hüquqlarının bərpası mümkün olmur.

Valideynlik hüququnun məhdudlaşdırılmasına gəlincə, hüquqşünas deyib ki, valideyn psixi pozğunluq, xroniki xəstəliklərdən əziyyət çəkdiyi halda bu baş verə bilər. Çünki belə olan halda, uşaqla ünsiyyətdə problemlər yarana bilər. Valideynlik hüququnun məhdudlaşdırılması ilə bağlı olaraq da məhkəmədə qətnamə qəbul olunur və 3 gün ərzində tərəflərə təqdim edilir.

Hüquqşünasın sözlərinə görə, həm valideynlik hüququnun ləğvi, həm də məhdudlaşdırılması zamanı valideynlər vəzifələrindən azad olmurlar. Onlar hər şeyə rəğmən vəzifələrini icra etməlidirlər.

Папа отдыхает - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada kişilər "analıq məzuniyyətinə" çıxmaq istəyirlər

"Qadın həyat yoldaşına xəyanət edirsə, ər onun valideynlik hüququndan məhrum edilməsini tələb edir. Valideynlik hüququndan məhrumetmə ilə bağlı Ailə Məcəlləsinin 64-cü maddəsində konkret olaraq göstərilən müddəalar var. Burada qeyd olunur ki, şəxs hansı hallarda konkret olaraq valideynlik hüququndan məhrum edilə bilər. Bəzən tərəflər elə düşünür ki, valideynlik hüququndan azadedilmə sadə prosesdir və bu problemi məhkəməyə müraciət edərək yoluna qoya bilərlər. Həyat yoldaşının xəyanəti ilə üzləşmiş şəxs bununla bağlı məhkəməyə müraciət edərək boşana bilər. Lakin xəyanət etmiş tərəf övladına baxırsa, onun qayğısına qalırsa, onda niyə valideynlik hüququndan məhrum edilməlidir?!", - deyə hüquqşünas əlavə edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin Böyük məsləhətçi Günel Nağdəliyeva isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Bütün valideynlər uşaqlarının hüquq və mənafelərinin müdafiə edilməsi üçün öhdəlik daşıyırlar. Valideynlik hüququ, uşaq hüquqlarının pozulmasına əsas vermir. Valideynlik hüququ yerinə yetirilən zaman uşağın mənafeyi əsas götürülməlidir.

Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Ağsuda qadın iki uşağını yetim qoydu

"Valideynlik hüququnun təmin olunması özlüyündə məhz uşağın hüquq və mənafeyinin təmin olunmasına xidmət etməlidir. Bu hallara riayət olunmazsa, Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz təsbitini tapmış müddəalar rəhbər götürülür. Məcəllənin 51-ci maddəsində qeyd olunur ki, uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri, yaxud onlardan biri, uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Artıq 14 yaşı tamam olmuş uşaqlar isə öz hüquqlarını qorumaq üçün yaşadıqları ərazi üzrə məhkəməyə müraciət etmək hüququna malikdirlər", - deyə Dövlət Komitəsinin nümayəndəsi bildirib.

Xəbər lenti
0