CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Badə? Nəbadə! - Spirtli içkilərlə tütün bazarında təlatüm gözlənilir

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidВ магазине сети "Беру выходной" продаётся более трёх тысяч сортов пива и более трёх сотен сортов сидра, пуарэ и медовухи
В магазине сети Беру выходной продаётся более трёх тысяч сортов пива и более трёх сотен сортов сидра, пуарэ и медовухи - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Qonşu ölkələr ilə müqayisədə qiymət fərqi çox ciddi olacaqsa, qaçaqmalçılığın da həcmi artacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Gələn ildən Azərbaycanda istehsal olunan spirtli içkilərə, tütün məmulatlarına, pivəyə, energetik içkilərə tətbiq edilən aksiz dərəcələri artırılır.

Siqaret götürür, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qanun hələ yoxdur, amma ola bilər: Canınıza dəyir, cibinizə də ziyan edəcək

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Belə ki, aksiz dərəcəsi içməli spirt, araq, tündləşdirilmiş içkilər və likörün hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, pivənin hər litri üçün 0,2 manatdan 0,5 manata, nazik siqarların, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədi üçün 20 manatdan 31 manata, alkoqollu energetik içkilərin hər litri üçün 2 manatdan 2,1 manata, alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata qaldırılır.

Aksiz dərəcəsinin artırılmasının qiymətlərə təsirini iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a şərh edib.

Ekspert qiymət artımının olacağını deyib:

“Çünki istənilən aksiz, vergi və gömrük rüsumlarının artırılması sonda mal və xidmətlərin qiymətinin artmasına səbəb olur. İş adamları, təbii ki, ziyanla işləməyəcək və ona görə də qiymətlərin artımı baş vrəcək. Azərbaycanda spirtli içkilərin istehsalında xaricdən gətirilən xammalın üstünlük təşkil etdiyini nəzərə alsaq, bunun qiymətlərə təxminən ən azı 20-25% təsir göstərəcəyini demək olar”.

Onun sözlərinə görə, amma burada iki önəmli məsələ var: “Birincisi, dünyanın bir çox ölkələrində hökumətlər spirtli içkilər ilə tütün məmulatlarında vergilərin, rüsumların və aksizlərin artırılmasına rahat şəkildə getdilər. Bu, sosial məsələ olmadığı üçün vətəndaşlar tərəfindən o qədər də anormal qarşılanmır. Çünki bu, həm də sağlamlıq məsələsidir, qiymətlərin bahalaşması əhalinin spirtli içkilər və tütün məmulatlarından daha az istifadə etməsinə səbəb olur. Bir çox ölkələrdə qiymətlərin artırılması yolu ilə spirtli içkilər və tütün məmulatları istehlakının azaldılması qarşıya məqsəd kimi qoyulur və belə addımlar atılır”.

"Made in Azerbaijan" vs. "Made in China": Azərbaycan məhsulları Çini necə fəth edir>>

Onun fikrincə, Azərbaycanda bununla bağlı bir məqama diqqət yetirmək lazımdır: “Spirtli içkilər və tütün məmulatlarının qiymətində kəskin artım olsa, bu, qaçaqmalçılığın da artmasına səbəb olacaq.

Kustar üsulla alkoqollu içkilərin hazırlanması və vergidən yayınma halları müəyyən edilib - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda daha bir "kreativ" cinayətkar dəstə ələ keçdi: bir ucu şadlıq evlərinə də dəyəcək
Adətən belə addım atılmamışdan öncə qonşu ölkələrin qiymət siyasəti dərindən öyrənilir. Qonşu ölkələr ilə müqayisədə qiymət fərqi çox ciddi olacaqsa, qaçaqmalçılığın da həcmi artacaq. Bu da nəticədə aksizlərin artırılması ilə büdcəyə əlavə vəsaitin daxil olması hədəfinin tutmamasına səbəb ola bilər. Çünki leqal satış həcmləri azaldıqca aksizlərin artırılmasına baxmayaraq, büdcəyə daxil olan vəsaitin azalması ola bilər. Yəni qonşu ölkələr ilə müqayisədə çox kəskin qiymət fərqi olsa, bunun əks-effekt verəcəyini düşünürəm. Bu həssas məqama diqqət etmək lazımdır”.

“Digər bir məsələ ondan ibarətdir ki, əsasən spirtli içkilərin qiyməti baha olduqca kustar üsulla, antisanitariya şəraitində, hətta sağlamlığa zərər vura biləcək qeyri-leqal spirtli içkilərin istehsalı da artır və dünyanın bir çox ölkələrində bunun şahidi olmuşuq. Bu məsələyə də diqqət etmək lazımdır ki, qiymətlər çox kəskin artsa, kustar üsulla hazırlanan və sağlamlığa zərər vuran məhsulların da bazara çıxması ehtimalı arta bilər”, - deyə o qeyd edib.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Xəbər lenti
0